Gönderi

Düşünən beyin fikir istehsal edir. Fikir istehsal olunduqca insan ətrafını sorğulamağa başlayır. Ətrafını sorğulayan insan isə diktatura rejimli idarəçilikdə ən qorxulu varlıqdır. Qalx,dövrə vur burada. Təkcə bu hücrədə bircə dənə cahil insan tapsan, gəl, de yalançısan. Hamısı ən azı seminariya bitirmiş, ən çoxu xaricdə təhsil almış adamlardır. Diktaturanın silahı birinci ziyalını biçir. Ziyalının biçildiyi cəmiyyətdə qorxu hakim olur. Qorxunun zəlil etdiyi kütləni isə hara istəyirsən yönəltmək olur.
Sayfa 115Kitabı okudu
·
114 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.