Gönderi

Küsülü qala bilmirəm
Qayıdıb gəlmişəm yanına yenə Nə olar, bu dəfə qəlbimə dəymə. Deyəsən gülürsən acizliyimə Neyləyim, küsülü qala bilmirəm. Sevənlər həmişə yesir düşübdür, Axı aramızda nə sirr düşübdür, Iradəm sevgimə əsir düşübdür, Neyləyim, küsülü qala bilmirəm. Zaman gözləməyir, ömür gün axır, Soyuqluğun məni yandırıb yaxır, Gözüm gözlərinə yalvarıb baxır, Neyləyim, küsülü qala bilmirəm. Uçub buludlara qona bilərəm, Bu dərdin əlində sola bilərəm, Ömürlük ac-susuz qala bilərəm, Neyləyim, küsülü qala bilmirəm.
Nüsret Kesemenli
Nüsret Kesemenli
·
152 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.