Gönderi

720 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 günde okudu
Hüqodan oxuduğum 3cü kitab Gülən Adam Kompraçikoslar( uşaq oğruları, alverçiləri) tərəfindən üzünə əbədi qəhqəhə əməliyyatı edilmiş Quinplenin həyatı timsalında Hüqo bizə çox şeylər göstərir və öyrədir. İçi kədərdən parçalansa da, qəzəbli olsa da, zahiri gülməyə məcburdur..Necə çətin bir hissdir.. Hüqonun uzun uzadı təsvirləri və tarixi qeydləri yorucu idi. Amma və lakin bu Hüqodur, yorucu olsa da təsvirləri onun olmazsa olmazıdır və sayəsində özümüzü əsərin içində hiss edirik Oxumağa dəyər və məncə mütləq oxunulmalıdır siyahısındandır Pis fikirlər qəlbin intiharıdır.. Ümumiyyətlə, təcrübələr bir birindən fərqlənir və insanın təbiətindən asılı olaraq ,onun gah xeyrinə, gah da zərərinə olur. Bəzən məyusluqlar yay kimi tarıma çəkilərək, insanı məşum bir qüvvətlə ox kimi hədəfinə, yəni həqiqətə doğru qovur.. Minnətdar olmaq bəs edir. Minnətdarlığın qanadları var; o hara lazımdır, ora da gedir. Hara getmək lazım olduğunu dualarınız sizdən yaxşı bilir. Sevən kişinin vicdanı sevilən qadının qoruyucu mələyidir.. Nöyüt çox düşəndə ocağı söndürdüyü kimi, gur hisslər də beləcə düşüncəni söndürür. #OxuduğumKitablar
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021255 okunma
·
229 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.