Bu qədər maraqlı, öyrədici kitab varkən, bu kitabı məsləhət görmərəm
5/10
·288 syf.··
2022 27. kitabı
·
101 günde okudu
·
Okunma: 04 Eylül 2022 08:40
Bilinçaltının gücü kitabının uzun zaman öncə oxumağa başladım və aralarda sıxılıb davam edə bilməyib yarım buraxırdım. Kitabın pozitiv düşüncələrin faydalarından danışması çox gözəldir. Biz negativ düşüncələrə meyilli bir cəmiyyətik. Pozitiv düşüncələrin faydalarından danışması yaxşıdır ancaq çox təkrar var . Sadəcə hər bölüm sonunda özeti oxusan bəs edir. Yəni, kitab 288 seh oxumaq vaxt itkisidir özetlər 50 sehifədir ve 50 seh oxumaq bəs edir . Kitabda şüuraltı məsələlərin elmi sübutu yox idi. Ancaq adları qısaldılmış adamlar , qohum ve dostlarından nümunə verirdi. Artıq bunu o qədər çox edirdi ki, inanmaq istəyərkən inanmaqdan əl çəkirsən kimi bir şey olurdu. Yalan olduğun düşünürsən. Sadəcə bir baxışdan yanaşır hər şeyə. Hər şeyi pozitiv düşün və hər şey düzələr kimi. İndi belə çıxır ki, mən heç bir dərs oxumayıb həkim olmayı xəyal etsəm , həkim olacam. Məncə, sadəcə düşüncə yetmir , çalışmağı ve s. Kimi şeyləri də qeyd etməli idi. Bir də mənə qəribə gələn bir şey indiki dövrdə sosial mediada spiritualizm, şüuraltı məsələr, yaşam koçları və s. artıb. Sanki insanları tənbəlliyə götürür kimi gəlir. İnsanlarda heç bir effort sərf etmədən düşünərək pul qazanmaq, zənginliğə sahib olmaq onlara çox yaxşı fikirmiş kimi gəlir . Və son dönəmlər inanılmaz popular olub. Məncə , bu insanları tənbəliyə sürükləyir. Şüuraltı məsələr: pozitiv düşüncə, xəyal etmək, xəyalını yaşayırmış kimi canlandırmaq , bunlara mən də inanıram və həyatıma tətbiq edirəm. Ancaq bu kitabı elə bəyənilir ki. Şüuraltı məsələlərın elmi tərəflərin açacağın düşündüm, bilinçaltı nəzərə alınmır deyir amma tam olaraq da açmır. Sadəcə sözləri təkrarla deyir. Bu qədər maraqlı, öyrədici kitab varkən, bu kitabı məsləhət görmərəm. Əgər şüuraltı məsələrinə kafayı takmış birisinizsə( mən inanıram ancaq kafayı takacaq qədər yox) , sizə maraqlı gələ bilər . Məncə, sadəcə özetləri oxumaq yetərlidir. Hələki sosial mediada şüuraltı ilə əlaqəli o qədər post ve video varki, bu kitabı oxumasanız belə olar. Çünki, yeni heç nə demir.
Düşünce
Bilinçaltının GücüJoseph Murphy · Koridor Yayıncılık · 200918,5bin okunma
·
395 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Bu kitabı oxuyanların hamısı bu düşüncədədir. Oxuyacaqlarım siyahısındadır, belə getsə çıxaracam jdjdjdj
Aziza Gasimova
Gönderi Sahibi
Sadəcə özetləri oxusan yetər, mənim fikrimcə . Yoxsa vaxt itkisidir .