10/10
·122 syf.··
Beğendi
·
2022 8. kitabı
·
1 saatte okudu
·
Okunma: 05 Eylül 2022 14:54
Madam ki, bir gün öləcəyik onda yaşamağın nə mənası var? - sualına cavab üçün yazılmış bir kitabdır sanki… Bir nəfəsdə oxuya biləcəyiniz, sadə dillə yazılmış, axıcı bir romandır. Fantastik janrda yazılsa da, həyat reallığını çox gözəl şəkildə təsvir edib. Oxuduqca, xüsusilə sonsuzluğun sözdə mövcud olan bir məfhum olduğunu düşündürdü. Hamımız elə və ya belə şəkildə sonsuzluq axtarışında olarkən “bu həyatda sonsuz olan nəsə varmı?” sualını qulaqlara fısıldadı. Bir tərəfdən də İlber Ortaylının “İnsan geleceğini nasıl kurar?” kitabındakı ölçülü həyata göndərmə etdi sanki. Bəlkə də həyatın mənası elə ölümün varlığıdır. Bunu bilib, buna görə yaşamaqdadır. Bəlkə də yaşam ölüm olduğu üçün bu qədər dəyərli və şəhvətlidir. Madam ki, bir gün öləcəyik, yaşamın mənası da özümüzü ən gözəl ölümə hazırlamaq ola bilərmi?!
Hayat ve İnsan
Ölümsüz AiləNatalie Babbitt · İz nəşriyyatı · 04,069 okunma
·
68 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.