Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

1600 syf.
10/10 puan verdi
Heyif gec oxudum...
Möhtəşəm 1600səhifəlik səyahət. Məncə fransız və rus yazarları ədəbiyyat dünyasını öz çiyinlərində daşısalar da. Viktor Hüqo tək Səfillərlə bu işin öhdəsindən gəlib. Bu kitab qədər hadisələri incəliyinə qədər təsnif edən və heç gözləmədiyiniz halda o kiçik görsənən hadisələri bütün hekayə  boyu bir biri ilə əlaqələndirən və əsərin sonunu möhtəşəmliklə bitirin 2ci belə əsər çətin yazılar. Viktor Hüqo'nun özü də sürgündə həbsdə çətinliklərlə baş-başa qalan bir yazar olduğundan Səfillərdəki personajları çox xırda detalına qədər işləyib və bizə ötürdüyü hisslər inanılmazdır. Kitabda hər şeydən söhbət açılır. Din , hüquq, siyasət, tarix, insan psixologiyası, azadlıq, inqilab qiyam, məcburiyyət və s. və s... 5hissədən, hər bir hissə də bir birindən möhtəşəm və zəngin bir təəssüratla insanda iz qoyur. Əsərdə tarixi döyüşlər çoxluq təşkil edir, elə əsər də bir növ bu döyüşlər ətrafında cərayan edir. Vaterloo döyüşü və bu döyüşün uzuun təsviri, Napoleon'un döyüş taktikası hansı ki müvəffəq ola bilmədi. Sonrakı hissələrdə Fransa inqilabına hazırlıq azadlıq naminə kiçik bir qüvvə ilə möhtəşəm mübarizə və s. İlk başda heç bir əlaqəsi olmayan. ''Bu hissəni niyə oxudum?'' , ''nə əlaqə?'' ( nə əlaqə dediyim başlıqlardan sadəcə ''Arqo'' başlığı  ordakı dələduzların öz aralarında danışdıqları dildən bəhs edirdi deyə bu hissəni niyə oxudum deyə bilərəm)) dediyim hissələr var idi amma sonradan bu hissələr əsəri incəliklə bağlanırdı ta əsər bitənə qədər də bu bağlantıları görmək olurdu. Qəhramanlara gəldikdə hamısı bir birindən ''səfil'' idi. Hər biri müəyyən bir hissləri təcəssüm edirdi və əsas da vicdan hissini. Əsas personaj Jan Valjanın timsalında bu vicdan hissini görürük. Bacısı uşaqlarına baxmaq üçün nə qədər çalışsa da hətta öz yeməyindən bacısı kəsib uşaqlara versə də sonunda bir parça çörəyi oğurlamağa görə həbsə düşüb havayı çörək qazanır lakin ordan bir neçə dəfə qaçmağa çalışdığına görə 19illik katorqa təcürübəsi olur. Katorqada ürəyi ''daşa'' çevrilir ya da özünü buna inandır. Ta ki həbsdən sonra heç kəsin onu qəbul etmək istəmədiyini görüb (katorqalılara sarı bilet verirlər əhali də o zaman katorqalılara cani kimi baxırdı) o da insanlığa qarşı olan ümidlərinin öldüyü bir vaxtda Miriel adlı yepiskopun Jan Valjanın öz əli vicdanına yol tapmasına kömək etməsindən sonra vəziyyət dəyişir. Kozetta və Fantina hissəsi ana balanın izdirabından bəhs edir hansı ki bala anasının kim olduğunu uzun müddət bilməyəcək. Fantina'dakı təcəssüm edən hiss saflıq və ümid idi. Qızı ilə birgə yaşamaq üçün əzmlə çalışırdı. Ümid onun sonunu gətirdi. Javer müəyyən bir yerə qədər işləri korlayan ondan sonra isə özünü sevdirəm personaj və yenə də vicdan hissinim qabarıq şəkildə olduğu personaj. İlk başda öz işinə vicdanla yanaşması sonrakı hissədə isə mərhəmətdən doğan vicdanı ilə baş başa qalması Tenardye'lər təsəvvür edə biləcəyiniz hər bir yalan, pislik, şərəfsizlik bunlarda var idi, təki pul qazansınlar. Day nə cür bir hiss təcəssüm etdiyini özünüz təsəvvür edin) ancaq gec də olsa bir yerdə bu ailənin etdiyi şeylər işə yaradı Qavroş var idi valideyn sevgisi görməyən kiçik bir uşağın yolda özündən bir neçə yaş balaca 2 uşağa sahib çıxması mərhəmət hissini həm də balaca olmasına baxmayaq İnqilab vaxtı da vətənpərvərlik hissini təmsil etmişdi İlk dəfə oxuduğum üçün daha çox, təcəssüm edilən hisslər üzərində fikir bildirdim. Gələcəkdə yenidən oxusam bəlkə də başqa bucaqdan baxmış olaram. Oxumaq xeyli səbr tələb edir ancaq bu kitaba bu səbr dəyər )
Səfillər
SəfillərVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 201687,1bin okunma
·
1.240 görüntüleme
Bu yorum görüntülenemiyor
Aysel Bayramova okurunun profil resmi
Çox maraqlı yazmısan, oxumaq həvəsim daha da artır
Cøşqun okurunun profil resmi
Səbrsizliklə gözləyəcəm :)
1 sonraki yanıtı göster
Ja Mila okurunun profil resmi
Sənə belə şərh yazdıran kitab, 👍
Cøşqun okurunun profil resmi
Şeirlərdən çıx biraz. Oxu sən də bunu )
Ja Mila okurunun profil resmi
Cøşqun
Cøşqun
oxuyacam inşAllah, səhifə sayı gözümdə böyüyür
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.