Yaradıcı beyin = varlı insan.
Puan vermedi·260 syf.··
2022 17. kitabı
·
9 günde okudu
·
Okunma: 07 Eylül 2022 15:33
“Varlıqlı insanların çoxu yaradıcı düşüncəyə sahib insanlardır.” Çünki daima yeni nələrsə axtarır və gəlirin qaynağının artma-azalma ardıcıllığından asılı olduğunu bilirlər. Əsərdə varlı və kasıb atanın maddiyatla bağlı zidd düşüncələrini görürük. Misal olaraq ; Kasıb ata (hansı ki, universitet məzunudur) sistemli bir işə sahib olmağı hər şeydən vacib bilir. Çünki daima pula tələbatını ödəyə biləsən. Varlı ata isə ona pulun aktiv və passiv gəlirlərə görə dəyişdiyini müxtəlif yollarla izah edir. Və bunu universitetlərdə öyrədilmədiyini vurğulayir. Əsərdən alıntı : “ Uşaqkən bizə japonların 3 gücünün fərqində olmaları anladılardı ; qılıncın gücü, zinətin gücü və aynanın gücü. Güclü ölkələrin güclü silah və texnikası var. Zinət əşyaları pulun, var dövlətin gücüdür. Ayna gücü isə özünü tanımağın gücüdür. Japon əfsanəsinə görə ən dəyərli güc budur.” •Yazar, maddi cəhətdən ilk olaraq özünə pul ayırmağı, borcları ən sonda ödəməyi məsləhət görür. Bu zaman beynin məcburi şəkildə borcları ödəmək üçün pul qazanmağın yeni yollarını axtaracaqdır. Doğrusu, günümüzdə bunu etmək riskli amma maraqlı olardı deyə düşünürəm. “Siz pula xidmət etməyin, pul sizə xidmət etsin” deyilsə də, kitabda necə pul qazanmaq olar? fikrini axtarmayın. Bunu yazar bizim yaradıcılığımıza və araşdırmamıza buraxıb. •Kitabda diqqətimi çəkən məqamlardan biri də jurnalist ilə olan söhbət oldu. Kitab alanda "çox satılanlar" başlığa ilə "çox yazanlar" başlığına diqqət edəcəm bundan sonra :D Məni düşündürən kitab oldu, gözləntimi qarşılamasa da. Xoş mütailələr:)
Para
Zengin Baba Yoksul BabaRobert T. Kiyosaki · Alfa Yayıncılık · 20179,2bin okunma
·
272 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.