·80 syf.··Beğendi
···Okunma: 26 Ağustos 2022 19:14 Çingiz Aytmatov - "İlk müəllim və ya müəllim Duşen"
Aytmatov qələmini müəllim-şagird məsələsində başqa cür təsəvvür etmək olmazdı. Atatürkün belə bir cümləsi var: "Əsəri üzərində imzası olmayan yeganə sənətkar müəllimdir". Əsərdəki Duşen məhz imzası olmayan sənətkarlardandır. Müəllim bir insanın həyatına necə təsir göstərə və onu gözəlləşdirə bilər düşüncəsini hər sətir bizə xatırlatmış olur. Aytmatov Duşenlə bərabər Altınay adlı qızın həyat hekayəsini də bizə anladır. Kitabı oxuduqdan sonra insan əmin olur ki, hər bir insanın təhsilində yaxından və ya uzaqdan bu və ya digər şəkildə iştirak etmiş müəllim Duyşenlər vardır.