Gönderi

- Nəyin uğrunda mübarizə aparır insan oğlu? - Əyilib yerdən bir ovuc torpaq götürdü - Xışmaladığım bu torpağa bax. Ölsəm, ona çevriləcəyəm. Nə qədər zərrənin özü var onda. Göyərsə, alma tingidir, qopub getsə, dovşan yemi. Bax, burada zülm çəkirik. Zaman isə dayanmadan qum saatı kimi ələnir. İllər keçəcək, bu gün burada əmr verən də, ruhdan düşən də, hiddətindən coşub etiraz edən də - hamısı, hamımız qəbirə uzanacayıq. Tarixin o biri tayından baxan hansısa eynəklilər bizim haqqımızda qərar verəcəklər.
·
97 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.