Gönderi

296 syf.
·
Not rated
Əgər siz həyatınızın çətin bir dövründəsinizsə, bu mövzuda olan kitablar sizin köməyinizə gələ bilər. Həmçinin, səhər oyanarkən şəxsi inkişaf kitablarından bir cümlə oxumaq belə bizim günümüzü dəyişə bilir. Kitabların daxilində olan real hekayələr isə bizə çətin vəziyyətlərdən çıxmağı, eyni problemlərlə üzləşən zaman necə davranmağı öyrədir. Bir araşdırmada sübut olunub ki, şəxsi inkişaf kitabları bizim problem həll etmə bacarığımızı, idarəetmə qabiliyyətimizi artırır. “Böyük düşüncənin sehri”nə gəldikdə isə, qeyd etmək istəyirəm ki, kitabın yazı stili eynilə Deyl Karneginin “Dostları necə qazanmalı və insanlara təsir etməli” əsərinə bənzəyir. Əgər motivasiyaya ehtiyacınız varsa, kitabı oxuya bilərsiniz. Yoxdursa, elmi və ya bədii əsərlər mütaliə etmək olar. Çünki bəzi əsərlər var ki, onları oxuyan zaman insan motivasiyaya aid şəxsi inkişaf kitablarında olandan daha çox şey öyrənir. "Oxucu ölmədən öncə minlərlə həyat yaşayar.” – Corc Martin
Büyük Düşünmenin Büyüsü
Büyük Düşünmenin BüyüsüDavid J. Schwartz · Sistem Yayıncılık · 2013481 okunma
·
132 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.