İlyas Əfəndiyevin qələmi güclü bir yazardır. Kitab olduqca axıcı bir kitabdır və dili sadə tərzdə yazılıb. Əsərdə Adilin mənəvi dünyası ilə tanış oluruq və eyni zamanda Səriyyənin fikirləriylə də.. Onu da qeyd edim ki romanda şəxsiyyət azadlığı məsələsinə toxunur.Səriyyə sevmədiyim obrazlardan biridir. Hərəkətlərinə, fikirlərinə əsəbiləşməmə olmur. Əsərdə bizim cəmiyyətə uyğun olmayan bir çox hadisələr baş verir. Mental mədəniyyətimizi nəzərə alsaq, hər cür xoşbəxtliyi olan Səriyyənin ərindən ayrılmaq istəyi, ruhi azadlığa can atması mübahisə doğurmaya bilməzdi. Çünki bizim təsəvvürümüzdəki xoşbəxtlik anlayışı məhduddur və bu anlayış maddiyyatla, məişət rahatlığıyla çərçivələnib. Səriyyənin isə xoşbəxtlik anlayışı fərqliydi. İlyas Əfəndiyev məhz bu qəlibi dağıdır ki, həyat və fərd sosrealizm düşüncəsində olduğu kimi birqatlı, sadə deyil, insan təbiəti mürəkkəbdir, təcrübələr, münasibətlər müxtəlifdir və Səriyyənin simasında ənənəvi ailə modeli xoşbəxtliyinə alternativ olan bir xoşbəxtlik anlayışından danışır. Adil və Səriyyənin bir birini sevib evlənməsi daha sonra başqa bir şəhərə gəldikdən sonra bir çox şeyin dəyişməsi baş verir. Adil ağrı təbiətli bir xarakteri var və həyat yoldaşının da ciddi olmasını istəyirdi. Səriyyə həyat yoldaşının yaşam tərzinə uyğunlaşmağa çalışarkən fərqin olmadan boğulduğunu hiss edirdi. Sevgi anlayışı herkese göre fərqlidir. Bir dəfə sevdin başqa heç kimi sevə bilməzsən deyə bir şey yoxdur sadəcə sevməyin de bir ədəbi var. İnsanların bir birini sevməsi bir -birini çox yaxşı tanıdığı mənası gəlmir çünki tanısalar "mən səni sevirdim niye bele etdin bele bilmezdim" kimi ifadələr olmazdı. Bunun çox geniş izahı var amma qısa tutsam yaxşıdır..
"Mən duyğuların əsarətinə, köləliyinə nifrət edirəm"