Puan vermedi·111 syf.··Beğendi
· Corc və Lennienin çox nadir görünən və çıxarsız bir dostluqları vardı. Corc bəzən Lennieden bezdiyini onu istəmədiyini bildirsə də əslində ona dəyər verirdi. Kitabda ayrı seçkiliyi çox gördüm güclülər, zəif olanlar, kişilər və qadınlar, beyazlar və zəncilər və.s Lennienin heyvan sevgisi olması çox gözəl idi, sanki bir uşaq və sadəcə onunla maraqlanan Corc olsun birdə heyvanları..Corc və Lennienin tək istədiyi hər kəsdən uzaqda kiçik bir evlərinin olması və Lennienin sevdiyi heyvanları xüsusilə də dovşanlarının olması. Corc ağıllı olmasına rəğmən Lennie tam tərsi daha güçlü, psixoloji problemi olan biri idi.
Kitabda dostluq, irqçilik, saflıq, yoxsulluq və vəfa.. mövzularına toxunulub.
Lennie canlı cansız fərq etmədən yumuşaq olan hər şeyə maraq göstərir və onlara toxunaraq onu sevməyə çalışır. Lennienin bu sevgisi zərər verir həmdə verdiyini zərərin fərqində olmaması, sevdiyini incitməyi ağlından belə keçirmir. Belə birini seçmək və ya xor görmək yerinə onu başa düşməyə çalışan çox az insan var. Yaşlı adamın iti daha işə yaramır, çox yaşlanıb deyə onu öldürmələri çox üzücüdür. Bir heyvan olaraq ona duyğu beslemirler bezi insanlar sadəcə işlərini görən bir varlıq sanki yaşlı adamın itini öldürdükdə kimsənin ses çıxarmaması məni əsəbləşdirdi.