Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

112 syf.
8/10 puan verdi
·
19 günde okudu
"Her insanın kimselerin uğrayamadığı, gizli bir sığınağı olmalıdır. Ancak yalnızken gerçekten özgür olabiliriz". "Yavaşladıkça Çoğalıyorum" Montaigne qələmindən oxuduğum ilk kitab idi. Zənnimcə, xoş bir başlanğıc oldu, tanışlığıma məmnunam. Doğrusu, aforizmlər toplusu kitablar alışdığım tərz deyil, amma yenə də bir yerdən başlamaq gözəl oldu deyə düşünürəm. Həcm baxımından az olsa da, sonlandırmağım uzun zaman aldı. Bu tip kitabların səhifə sayından asılı olmayaraq, aramla oxunub həzm edilməli olduğunu zənn edirəm. Yazarın siyasi, fəlsəfi, həmçinin, gündəlik məişət həyatı ilə əlaqədar düşüncələri, bunları ötürmə üsulu, digər filosofların kəlamlarına istinadları, yeri gəldikdə ironik yanaşmaları mənə tamamilə xitab edir. İlk başlarda çox sadə fikirlərlə yola çıxdığını düşünmüşdüm, lakin oxuduqca o sadə fikirlərin yerini daha dolğun və dərin anlamlı kəlamlara buraxdığının şahidi oldum. Məncə, kitabın bu cür sadədən-mürəkkəbə doğru tərtibatı yalnız məni yanıltmamışdır. Lakonik aforizmləri oxuya-oxuya qarşında səni daha samballı ifadələrin gözlədiyini bilmək, səbirlə bu yolda daha çox şey qazandıracağına inanaraq addımlamaq və uğurla bir nəticəyə varmaq idi, mənim bu kitabla səyahətim. Kitabdan bal qırmağımın əsas səbəbi təkrar fikirlərlə qarşılaşmağım oldu. Bir neçə səhifə öncəsində oxuduğum bir ifadənin məzmununun saxlanılaraq kiçik dəyişimlərlə qarşıma çıxması məyus və narahat edirdi, doğrusu. Zatən əldə-ovucda olduqca düşündürücü və dolğun sözlər var ikən, belə eyniliklərin olması bir məna kəsb etmədi mənim üçün. Kitab haqqında uzun-uzun bir şərh yazmaq niyyətində deyildim, sadəcə bəzi məqamları bölüşmək istədim. Yaxın gələcəkdə yazarın başqa kitablarına da şans verməyi planlayıram. Oxuyub onlar haqqında da fikirlərimi bölüşə bilməyi ümid edərək, kitabdan ən sevdiyim sitatla şərhimi sonlandırıram: "Kitaplar, ansiklopediler oluşturmak değil göre­vimiz; kendi karakterimizi oluşturmak... Ve savaşlar kazanmak değil, kendi içimizde huzuru sağlamak". Hər kəsə xoş və zövqlü mütaliələr diləyirəm ♡
Yavaşladıkça Çoğalıyorum
Yavaşladıkça ÇoğalıyorumMontaigne · Aylak Adam Yayıncılık · 2016612 okunma
··
807 görüntüleme
admiral914 okurunun profil resmi
👍🏼👍🏼👍🏼
Near okurunun profil resmi
Ahh, Montaigne... 3 aydır endirilənlərdə qalıb, oxunmağı gözləyən kitab sjsjs. Fikirlərinə qatılıram, bu tərz kitablar həcmi balaca olsa belə, yavaş², başa düşülərək oxunmalıdır. Axx, təkrarçılığı mən də, sevmirəm🥲. Digər kitablarını oxuyub, incələmə yazmağını səbirsizliklə gözləyir olacağam😃. Yazan əlinə, düşünən ağlına sağlıq! ♥️🍃.
Samirə Abbasova okurunun profil resmi
Gözləməyən kitab var ki?🤣 Mən də oxuya bilməyi səbirsizliklə gözləyirəm 😂❤️ Oxuyan sən var olasan təki🌼❣️
1 sonraki yanıtı göster
Samirə Abbasova okurunun profil resmi
İnci Zadə
İnci Zadə
Oxumağa başlayanda fikir bildirməyimi istəmişdin. Kiçik bir şeylər yazım dedim mən də sənin üçün)💜
İnci Zadə okurunun profil resmi
Aforizm kitabları, ümumən süjetsiz kitablar, həqiqətən, bir anda bitirilə bilmir. Belə kitabları digər kitablarla paralel oxumaq ən yaxşıdır.
Samirə Abbasova okurunun profil resmi
Dediyin kimi, mən də iki kitabı paralel oxuyurdum, daha rahat oldu. Sadəcə hamısını bitirib daha kitab oxumamaq qərarı alanda sona bu qalmışdı deyə, uzun zaman aldı bitirmək😂 (malum, dərslər, mütaliəyə birazcık ara)
İnci Zadə okurunun profil resmi
İroniya varsa sevərəm, amma təkrarlara heç dözümüm yoxdur. Hisslərini çox yaxşı anlayıram, buna görə bal qırmış olmağın sonuna qədər haqqındır.
Samirə Abbasova okurunun profil resmi
Haqlı ironik yanaşmaları var idi və sevməyimə səbəblərdən biridir mənim də. İşte dertlinin halinden dertli anlar🥲😅🫂
İnci Zadə okurunun profil resmi
Şərhdə toxunduğun məqamlar üçün çox təşəkkürlər, əlavə olaraq, tez-tez şərh yazmalı olduğunu düşünürəm, çünki həqiqətən xoş oldu oxumaq. Əllərinə, ağlına və klaviaturana sağlıq 💜
Samirə Abbasova okurunun profil resmi
Belə düşünməyin məni çox sevindirdi. Əslində bitməsinin üzərindən də baya zaman keçmişdi, dünən birdən şərh yazma istəyi gəldi, oturdum həm "Hiçbir karşılaşma tesadüf değildir"ə, həm də "Yavaşladıkça Çoğalıyorum"a yazdım. Yazmaq da ruh halıma xoş təsir bağışladı. Yazmayı severiz💜 Əsas mən zaman ayırıb oxuduğun üçün təşəkkür edirəm💜💫
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.