Kəndimizdə mal-qara olmadan dolanmaq çətindir. Anam da fürsət düşən kimi deyir ki, bu heyvanlar olmasa məni tək maaşla oxutmaq çox çətin olardı. Düşünürəm bəlkə o halda daha əzimli olub, elə anamın sözü ilə desəm bir yerlərə gələrdim.
2000'ci illərin başlarında – hələ mən təzə dünyaya gəlmişkən köçmüşdük yeni evimizə. O vaxta qədər nənəmgildə qalırdıq. Biz evimizə köçəndə ev yarı təmirli halda olub və təkcə bir otağı təmirli olub ki, o da yatmaq üçün istifadə olunardı. Yadımdadır. O otağa da zal deyirik. Elə indi də bir otaq təmirsiz qalıb. O otaq da atamın nadirən içdiyi uzun zamandan bəri yığılıb qalmış araq butulkaları, mürəbbə və turşu bankaları və yenə də atamın atverka, kəlbətin, kəndir vəs. kimi çoxlu iş avadanlıqlarının yeridir. Əslində bu təmirsiz ortaqda tamam başqa şirin hekayələr gizli qalır. O hekayələr də qoy qalsın o otaqda. Qapı da bağlı.
Biz evə köçdük. Nənəmgil atama və əmimə bir inək vermişdi. Sonra o inəklər çoxaldı. Bu barədə deyim ki, evdə həmişə anamın şikayət səsləri olardı; Tövləni tikib, inəkləri gətirmək üçün atama dil ağız tökərdi. Anam məqsədinə illər sonra nail oldu. Bu vaxta qədər isə inəklər nənəmgildən çölə gedər axşamüstü də dönərdi. 2009'a qədər ən çox qardaşım və bəzən də mən babamla çölə gedər, inəkləri otarar, gün batana yaxın dönüş zamanını hesablayar və evə dönərdik. 2009'cu ili ona görə qeyd etmişəm ki, babam səhhəti ilə əlaqədar o vaxtdan sonra gedə bilmirdi çölə. Yay vaxtlarında axşamüstü kəndimizdə mal-qaranın dönüş vaxtında bir torpaq qalxardı ki havaya gəl görəsən! Asvalt da demək olar ki, yox vəziyyətində. Hər yer torpaq yollar. Ən çox xoşuma gələn məqamlar da nənəmgilin tövləsində yaşanardı. Ağcaqanadların sayəsində qaşına-qaşına nənəmin inəkləri sağmasına uzun-uzun tamaşa edərik babamla. Sonda da nənəm bir banka qatıq verərdi bizə. Evə gəlib, axşam yeməyinimdə hələ də dadı damağımda qalan o qatığı yeyərdik. Ən çox da atam qatıq olmadan yemək yeməyi sevməzdi. O zaman ya mən ya da qardaşım əlimizdə bir banka qatıq evə dönərdik. Uşaqlar bizi görəndə lağ edərdi ki, yenə qatıqlamağa gedir bu.
Sonrakı illərlərdə çox şey dəyişdi. Həm də acı üstünə acı ilə. Mən bunların fərqinə varandan cəmi bircə dəfə göz yaşı tökdüyümü xatırlayıram. O da nənəmin ölüm günü ərəfələrdə rast gəlir. Aha, bu il ağlamamağımın 8 ili tamam oldu. Heç ağlaya bilmədim. İndi o evdə kimsə yaşamır. Tövlə də bərbad haldadır evin özü kimi. Bomboş bir şey vər indi o şeylərin yerində. Darvazanın da boyası tökülüb, paslanıb.
Həmişə də inəklərin çöldən birbaşa nənəmgilin darvazasının önünə gəlib, orda dayanmasına heyranlıqla baxardım. İndi darvazanın önü 8 ildir ki, inəklərsiz qalıb. Mən balaca olanda bizə verilən o ilk inəyin təxminən indi 17 yaşı var. Adı da Ağbaşdır.
Xülasə, bayaq qardaşıma yazdım. Gecənin bu saatında çöldə inək axtardığını dedi. Yanlarında dayanmayıb, baxıb yoxdu, yəqin evə gələr deyə evə gəlib, görüb evə də gəlməyiblər. Evdə oturub, düşünüb ki, gələr. Hansı ki, illər əvvəl nənəmgilin darvazasının qarşına gəldikləri kimi yenə də gələrlər.
Qardaşım axtarmağa davam etdi. Mən də narahat oldum. Sonra içimdə bir ümid işığı yandı. Düşünmədən qardaşıma bu cümlələri yazdım: "Bəlkə nənəgilə gedib, qapının ağzına"