Gönderi

Bir səhər Qautama Buddanın yanına böyük hökmdar Prosencita gəlir. Əslində o heç bura gəlmək istəmir, sadəcə, arvadı o qədər Buddadan danışır ki, hökmdar bu adamı tanımaq istəyir. Ancaq hökmdar əliboş gedə bilməzdi. O özü ilə xeyli brilyant götürür. Xanımı buna gülür. Deyir ki, brilyantdansa gül görürsən daha yaxşı olar. Prosencita hər ehtimala qarşı bağından gözəl qızılgüllar gətizdirir. Bir əlində qızılgüllər, digərində brilyantlar Buddayla görüşür. Əvvəlcə daş-qaşı ustada uzadır. Budda deyir: - At onu! Hökmdar fikirləşir ki, arvadı haqlı imiş. Bu adamın daş-qaşda gözü yoxdu. Qızılgülləri uzadır. Budda deyir: - At onu! Prosencita mat qalır. "Bu adamın başı xarabdı" -fikirləşir. "Amma on min tələbəsi olan adamın başı necə xarab ola bilər? Heç nə anlamıram". Buddanın çoxdankı tələbəsi, bayaqdan baş verənləri izləyən qoca Sariputta dilə gəlir: - Sən onu anlamadın. O sənin əlində olanları demir. O sənin içindəki hikkəni, şöhrətpərəstliyi, eqonu deyir. O deyir ki, içindəki şöhratbazlığı at, azad ol bu yaramaz hissdən. Hökmdar fikrə gedir. Bu sözlər o qədər onun xoşuna gəlir ki, geri qayıtmır. Bütün krallığını atıb Buddanın karvanına qoşulur.
Sayfa 191 - Qanun nəşriyyatıKitabı okudu
·
37 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.