Gönderi

Woow!
9/10
·160 syf.··
Beğendi
·
2022 4. kitabı
·
36 günde okudu
·
Okunma: 08 Ekim 2022 09:51
Röya Mirzəli "Sürətləndikcə kiçilirəm" əsərindən sonra sistemli heç bir kitab oxuya bilməmişəm. Bu kitaba başlayanda da yarılayıb rəfə qoyacağım kitab şərəfinə layiq görülürdü, artıq bir aya yaxın idi ki 15-ci səhifəyə neçənci dəfəsə gəlişimdə "Aydan, STOP!" dedim. Evdə və universitetdə kitab oxumağa çətinlik çəkirəm; evdə səs-küydən qaçacağım özüməxas məkanım yoxdur, universitetdə isə dostlarımla bu çox mümkün olmurdu. Metroda açdığım kitabın hər səhifəsini başdan sona süzərək binanın qabağında olduğumun fərqinə vardım və bununla da yenə bir şey kəşf etmişdim. Röyanın söhbətində mənə mümkünsüz gələn şey. Yolda, gəzərək oxumaq. Axı niyə də yox? Telefonla yol boyunca irəliləmək olur da, kitabla yox? Əsl insanların içərisində təcriddir. Bunu xatirə olaraq saxlayacam. Amma məni incələmə hissəsini açmağa bu xatirəm yox, məndə yaranan hisslər və düşüncələr oldu. "Ağıl xəstəliyi" olan insanlarla ünsiyyətin maraqlı olduğu kimi əsər olaraq da baş qəhrəmanı yol yoldaşı etmək də bir o qədər cəlbedicidir. Hələ kitabın 67-ci səhifəsindəyəm. Mütləq əsər haqqında son incələmə yazacam. Çünki bu mənə daha çox ləzzətli gələcək! Gülə-gülə! Mən Necə İdiot Oldum
Felsefe-Düşünce
Mən Necə İdiot OldumMartin Page · Qanun Nəşriyyatı · 2021181 okunma
·
190 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Yanılırsan, etdiyimiz söhbətlərdə necə incəliklərə fikir verdiyini görmüşəm. Düşünürəm ki, əsərdəki incə detalları məndən çox daha yaxşı aşkarlaya və şərh edə bilərsən...
Aydan Hüseyn
Gönderi Sahibi
Minnətdaram, Röya!!! Sən məni müsbət auraya salırsan!!♡♡♡
Çox sevindim ki, belə bir nəticəyə gəlmisən. Mən universitet vaxtı bunu tez-tez edirdim, hətta elə olurdu ki, əsəri oxumağı dayandıra bilmirdim deyə binanın önündə yolu qarşıdan qarşıya keçməyib biraz daha yolu uzadıb sonra geri qayıdırdım. Kitabı isə oxumamışam, ancaq əgər elə maraqlı əsərdirsə mütləq oxuyub fikirlərimi səninlə bölüşərəm... Xoş mütaliələr...🥰
Aydan Hüseyn
Gönderi Sahibi
Vauu!!! Çox möhtəşəm bir xatirədir! Xəyallara qapıldım.. Mənim kitab, film analiz etməyim biraz zəifdir. Amma bu əsər mənə maraqlı gəlir.. Məncə, məncə, oxunmalıdır... Çox sağol!!🫀🫁