Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

·
Puan vermedi
Yusif Şah'ın 2 həftəlik şahlığı səadət əyyamına çevrilir.
Müəllif dövlət adamlarını-vəzir Mirzə Möhsünü, müstövfi Mirzə Yəhyanı, sərdar Zaman axını, mollabaşı Axund Səmədi danışdırmaqla daxili ifşa üsulundan istifadə edir, bu yolla Şah Abbas rejiminin gülünclüyünü, hakimiyyət adamlarının heç nəyə yaramadıqlarını ifşa edir. M.F.Axundovzadə Şah Abbasın ətrafında olan dövlət adamlarını danışdırmaqla sanki belə bir ciddi sual vermiş olur: "Bu yaramazlar, bu nadanlar, bu məsləksizlər adi məsələnin həllində belə çaş-baş qalırsa, bəs onda dövlətin taleyi üçün daha ciddi məsələlərin həllində nə edə bilərlər?". Bu sualdan, onun cavabından çıxacaq nəticə isə olduqca məntiqidir. "Bu rejim məhvə məhkumdur. Bu rejim ağıllı bir iqtidarla-xalqın içindən çıxan və onun mənafeyini güdməli olan bir maarifçi hakimlə əvəz olunmalıdır". Müəllif saray əyanlarının öz dili ilə özlərinin eybəcərliyini göstərmək üsulundan istifadə edir. Məsələn, vəzir Mirzə Möhsün xalqdan uzaq və rüşvətxor bir vəzifə sahibidir. O, boş olan xəzinəni doldurmaq adı ilə məmurlardan müxtəlif bəhanələrlə peşkəş alır və vəzifələri varlı adamlara satır. Beləliklə, rüşvətxorluq və soyğunçuluq artır. Əyanlarının Yusif Sərracdan xoşu gəlmədiyi üçün onu Şah Abbasın əvəzinə müvəqqəti taxt-tac sahibi seçirlər ki, ulduzlardan gələcək xəta ona toxunsun. O, taxta çıxan kimi rüşvətxor, satqın vəzirləri zindana salır, onların vəzifələrini namuslu adamlara tapşırır, hər vilayətə xüsusi baxıcılar göndərir, vilayət hakimlərinə tapşırır ki, heç kimə nahaq cəza verməsinlər. Yusif şah xiyabanların genişləndirilməsi və səliqəyə salınması barədə göstəriş verir, küçələri çirkli saxladıqları üçün kətxudaları vəzifədən qovur. Dağılmış yolları, körpüləri, susuz yerlərə su çəktirmək, məktəblər, xəstəxanalar tikmək barədə sərəncam verirdi.. Bunlar Yusif şahın ölkəni abadlaşdırmaq və milləti maarifləndirmək proqramına daxil idi. Bu xeirxah, alicənab hakimiyyət hakim olanların ağlına batmır, zülmə və cəza formalarına adət ettiklərindən Yusif Sərracı padşah kimi qəbul etmirlər. Bundan istifadə edən fitnəkarlar xalqı üsyana qaldırıb Yusif Sərracı taxtan saldılar. M.F.Axundovzadə xalqın epizodu ilə demək istəyir ki, yalnız hökmdarı dəyişməklə, hətta ağıllı, xalqpərəst bir adamı hakimiyyətə gətirməklə hər şey düzəlmir. Xalqın, kütlənində şüurunda inqilab olmalı, o, ağıllı hökmdarın islahatlarını başa düşməli, lazım gəldikdə onu müdafiə etməyi bacarmalıdır. Bəlkə də, maariflənməni məhz kütlədən başlamaq lazımdır. Bu, yoxdursa, hər cür islahat tamamlanmamış qala bilər.
Aldanmış Kəvakib - Seçilmiş əsərləri
Aldanmış Kəvakib - Seçilmiş əsərləriMirza Fetali Ahundov · Kitab Klubu · 2016261 okunma
·
123 görüntüleme
Mirze Ali Mikayıl okurunun profil resmi
Salam. Bu kitabın içində Mirzə Fətəli Axundzadənin bütün əsərləri var ?
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.