Gönderi

10/10
·368 syf.··
2022 50. kitabı
·
13 günde okudu
·
Okunma: 07 Ekim 2022 12:02
...Atasını o dünyaya yola salanda o da ağlamadı! Ancaq atasının ona verdiyi dərs deyəsən burda işləmədi -ona "yaxşı, day get, gecikərsən birdən", - deyə bilmədi. Çox sonralar anladı. Qarabağda İkinci savaş başlayanda. Atası "yaxşı, day get, birdən gecikərsən" deyəndə iki illik hərbi ayrılıqdan heç olmasa bir dəqiqə, bəlkə, dörd beş saniyə tez dönməyini istəyirmiş... O da öz oğlunu əsgərliyə yola salanda anladı. Atasından sonra ilk dəfə ağladı... Hər vaxtınız xeyirli olsun. Bu kitabı əlimə alanda bildim ki, mən bu kitabın yükünü rahat qaldıra bilməyəcəm. 44 günlük müharibənin ağrısını təsviri olsa da öz içimdə hiss etdim. 44 tesviri hekayə ilə müharibənin arxa planını bizlərə azacıq da olsa çatdırmağa çalışan yazarlarımız bəzən şəhid ana, bəzən şəhid atası, bəzən şəhid yoldaşı oldular kitabda. Bəzi hissələrində içimdə dərin ağrı hiss etdim. Şuşanın alınmasına dair təsvirlərə də geniş yer verilən kitabı oxuyarkən özünüzü bir an o müharibənin içində vuruşan qəhrəmanlardan biri kimi hiss edəcəksiniz. Tarix yazan qəhrəmanlarımızın xatirəsinə belə kitabların yazılaraq, gələcək nəsilə miras kimi buraxmağı məncə qarşımıza məqsəd qoymalıyıq. Kitabin alıntı postunu ayrı paylaşacam. #book #kitab #kitap #vatan #karabakhisazerbaijan #şuşa #savaş #bayraktar #umut #bookblogger
44 FəsilKolektif · Teas Press · 012 okunma
·
437 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.