Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

332 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Lənət olsun 14ə!... Bu dünyada 14cü olan hər şeyə!...
♡Hər kəsə SALAM. Yenə yeni bir incələmə ilə mən gəldimmmm!♡ Siz heç bir kitabı oxuduğunuzda "Kaşki oxumasaydım" dediniz mi? Yaşadınız mı heç belə bir hiss? Mən bu kitabda iliklərimə qədər yaşadım bu hissi. Bu Firdovsinin həyat hekayəsidir. Həm də bədbəxt həyat hekayəsi... O qədər səhvlərlə, peşmanlıqlarla dolu həyat hekayəsi idi ki, oxuduğum an o qədər kədərləndim, üzüldüm ki, kaşki oxumasaydım dedim o an. Kaşki bu hekayəni heç bilməsəydim. Çünki uzun müddət təsirindən çıxa bilməyəcəm, unuda bilməyəcəm Firdovsini. Yaşadıqlarını... Yaşamaq istəyib də yaşaya bilmədiklərini... Bu həyatda təsadüflər yoxdur deyirik, amma heç düşünmürük bəlkə də Firdovsinin o gün o yanlışlığı etməsi elə kaderin, qismətin Firdovsiyə olan bir oyunu idi. Kim bilə bilər axı bunu. Əsəri metroda, avtobusda oxudum, hər səhnəni oxuyanda da Firdovsinin çəkdiyi bütün əzabları tam dərindən hiss etdiyim üçün nəqliyyatda məni görsəydiniz üz ifadəmdən anlayardız kitabda nələrin baş verdiyini :) İndi deyəcəyik "Kaşki Firdovsi lap ən başından bu səhvləri etməsəydi. Kaşki o doğru yolu görsəydi, kaşki qorxaqlığı olmasaydı. Kaşki, kaşki, kaşkiii...." Belə belə kaşkilar sayacağıq. Amma nə mənası var ki artıq? Nəyi dəyişdirə bilər ki, bu kaşki'lər? Mümkündürmü nəyisə dəyişmək? Heç yaşanmamış kimi yoluna davam etmək? Olmur. Dəyişmir. Həyatda bir səhv cığıra düşdün mü onu düzəltmək olmur, o yolun geri dönüşü olmur. Kitabda da deyildiyi kimi "İnsan sadəcə irəliyə, ölümünə doğru addımlayır o yolda." Ən çox da ətrafımızda Nədimə kimilər çox olduğu üçün üzülür insan. Zaman çox dəyişib... İnsanlar çox dəyişib... Hamı bir-birini aldatmaq üçün bir fürsət güdür sadəcə. "Kimisə bədbəxt edərəm, həyatını alt-üst edərəm" deyə düşünmür heç kəs. Hamı özünü düşünür sadəcə. Eynilə Nədimə kimi... Firdovsinin taleyinin qisməti Nədimə... Tanrının ona yolladığı dünyadakı ən gözəl, ən yaxşı insan olan Nədimə... Həm Firdovsinin həyatını məhv edən, zindana çevirən, həm də onun ailəsini məhv edən Nədimə... Firdovsinin "taleyinin qisməti", həm də "qara qisməti" mehriban, gözəl, kənddə ad-san qazanmış xoşbəxt bir ailənin xoşbəxtliyini əlindən aldı, işığını, ocağını söndürdü... O qədər hönkürdüm ki, o səhnələrdə. İnsan bir an əsl həyatda xəyal edir olanları dəhşətdən donur qalır. Az mı olur əsl həyatda bu səhnələr? Nə qədər ki, Nədimə kimilər var bu hadisələr də yaşanır demək ki... Hələki insan əsərin başlanğıcında o xoşbəxt, mehriban, bir-birinə bu qədər bağlı olan ailəni görür, sonda isə tamam fərqli səhnələrlə qarşılaşır-insanı ən çox kədərləndirən də budu. Tam da buna görə insan oturub hönkür-hönkür ağlamaq istəyir. (P.s Məqsədim qızları pisləmək deyil, amma kitabda Nədimə xarakterinə görə bu düşüncəmi dilə gətirdim. Günümüzdə Nədimə kimi, insanları bədbəxt edən oğlanlar da az deyil nə də olsa.) Əsər əslində
Elxan Elatlı
Elxan Elatlı
'nın hər zaman oxuduğumuz dedektiv əsərlərinə oxşamır. Kitabın arxa qapağında da yazıldığı kimi bir insanın həyat hekayəsindən bəhs edir. Daha çox psixolojik romandır. Amma məncə uğurlu alınıb. Əsərdən gözləntim yüksək idi, qarşılığını da aldı təbii ki... Əsərinin adlarına olan takıntım da məşhurdur. Amma yazarımız əsərlə adı yenə çox gözəl əlaqələndirib bir-biri ilə. Elə əsl sirr kitabın adında saklı desəm daha doğru olar ;) Çoxları səhnələri çox açıq yazdığı üçün yazarın kitablarını sevmirlər. Düzü mən də bu fikirlə razılaşıram, amma hər şeyə rəğmən məncə əsərləri həqiqətən çox uğurlu, oxumağa dəyər olur. Dedektiv cəhətdən hadisələr bir-biriylə çox yaxşı bağlanılır. Necə deyərlər "Sezarın hakkı Sezara." Oxuduğum digər romanları kimi bunu da çox bəyəndim. Mənə çox təsir etməsini, uzun müddət unuda bilməməyimi çıxsaq yaxşı ki, oxudum... Məncə siz də tərəddüt etməyin, oxuyun. (Mən təsirləndim, siz də təsirlənin misali) Çünki həqiqətən oxumağa dəyər. P.s Ağlamamaq qarantisi yoxdu ama :( Son olaraq Tanrı bizi Nədimə xislətli insanlardan qorusun. Yolumuza heç zaman elə insanlar çıxmasın. Türklər demiş "Rabbim bir birine denk gönülleri karşılaştırsın her zaman..." Bir də təbii ki, Nədimə kimilərə də sözümüzü deyək (elə insanlar bu portalda var mı, kitab oxuyarlarmı bilmirəm. O da şübhəlidi.): Gəlin siz də Nədimə kimi etməyin, heç bir insanın həyatını məhv etməyin. İzin verin istədikləri həyatı yaşasın insanlar. P.s Nədimənin pis obraz olmasını vurğulamam spoiler deyil məncə, çünki bu kitabın arxa qapağında da yazılıb. Yanlış anlaşılmaq istəmərəm əlbəttə. Kitabla qalınnnn♡♡♡
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0836 okunma
·
134 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.