Soyuq keçən ömürləri isidən hekayələr..
Puan vermedi·67 syf.··
2022 21. kitabı
·
2 saatte okudu
·
Okunma: 09 Ekim 2022 16:09
Həyat hekayəmizin xoş bağlanğıcla başlaması, yaşama sevgimizi və düşüncəmizi müsbət istiqamətə yönəldir. Əfsuslar olsun ki, hər həyat hekayəsi bu başlanğıcı yaşaya bilmir. Onlar üçün həyat "başlanğıc və sondan" ibarət olur. Tezer Özlünün çəkdiyi iztirabları oxuyarkən, necə də həyat dolu olduğunu görürdüm. Bu qədər yaşama sevgisi olan bir qadının həyatı "ciddiyə alınacaq bir yer olmadığını" düşünməsi, çəkdiyi çətinliklərin ağırlığından xəbər verir. Qısa həcmli əsərdən ən təsir aldığım hissəsi psixoloji xəstəxanada elekroşoka məruz qalması oldu. Dəfələrlə bu işkəncəyə məruz qalaraq, "sağalacağını" ümid edən ailəsi, ətrafı," sevdikləri" onu yalnız buraxmışdı. Həyatını sevgi üzərinə yox, xilas olma yolu üzərinə quran Tezer, nikah masasında sevmədiyi insana hə deməyə məcbur olur. Bu alıntı məni çox təsirləndirdi. “Oysa bu adamla, beni doktor ve kliniklerin eline bırakmasın diye evlendim. Evlenirken ondan tek isteğim bu oldu. Hastala­nırsam evde kalmak, plaklarımla, kitaplarımla sevdiğim bir iki eşyayla olmak ve çay içebilmek istiyordum.”
Çocukluğun Soğuk GeceleriTezer Özlü · Yapı Kredi Yayınları · 202520,4bin okunma
·
76 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.