Puan vermedi·168 syf.··
2022 5. kitabı
Kitab ötən əsrin ilk yarısında yaşamış və yaşadığı dövr ərzində SSRİ-də qısa zamanda ən yüksək statuslardan birinə yiyələnmiş olan Lavrenti Pavloviç Beriyadan bəhs edir. Bir çox araşdırmalar, dəlillər, arxiv sənədləri, həmin dövrdə yaşayan ziyalılarımızın və həmçinin Sovet Rusiyası liderlərinin xatirələrindən və bir çox başqa mənbələrdən toplanan məlumatlar əsasında hazırlanan kitabda, SSRİ-nin qəddar rəhbərlərindən biri olan Beriyanın həyatı və xüsusilə fəaliyyəti ön planda araşdırılıb yazılmışdır. Məlumat üçün qeyd edim ki, əslən gürcü olan L.P.Beriya hələ gənc ikən Bakıya gəlmiş və burda təhsil almışdır. Sonradan burada yaşayıb işləməyə başlayan gənc Beriya 1917-ci ildə Müsavat partiyasına üzv olmuş və sonrada AXC-nin "Əks-kəşfiyyat" idarəsində agent olaraq işləmişdir. 1920-ci ildə Sovet hökuməti yaradılan vaxt bir müddət gizlənmiş sonradan isə yenidən bu hökümətin vəzifə pillələrinə namizəd olaraq qısa zamanda ən yüksək vəzifələrdən birini əldə etmişdir. Maraqlı tərəf burasıdır ki, çar hökumətini həmçinin rusları heç sevməməsinə və hər fürsətdə onlara qarşı mübarizə aparmasına rəğmən SSRİ yaradılan kimi bu ittifaqın rəhbərliyinə tabe olmuş, qırmızı lider və əli qanlı qatil olaraq tarixdə iz qoymuşdur. 1953-cü ildə əvvəllər AXC-də agent olaraq çalışması və elə həmin vaxt da agent kimi fəaliyyət göstərməsi səbəb göstərilərək həbs edilmiş və məhkəmə qərarı ilə güllələnmişdir. Kitab faktlarla olduqca zəngindir, həmin dövrün reallıqları - istər dövlət səviyyəsində, istərsə də xalq səviyyəsində - göz önünə sərilmişdir. Hadisə əlaqələndirmələri olduqca yaxşı işlənmiş və çaşqınlıq yaratmır. Oxumağa dəyən bir kitabdır.
Siyaset
Beriya MüəmmasıDilqəm Əhməd · Çapar Yayınları · 06 okunma
·
68 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.