Həssas qəlblərə təsir etmək yolları.
Puan vermedi·249 syf.··
2022 22. kitabı
·
15 günde okudu
·
Okunma: 16 Ekim 2022 17:20
Həssas qəlb dedikdə, xüsusən uşaqları nəzərdə tutmuşam. Onlarla edilən ünsiyyət belə xatirələrində qalır və düşüncə tərzi yaradir. Kitabı çox bəyəndim, uşaq beyni ilə bağlı aydın və planlı məlumatlar verilmişdir. Övladınızın (şagird, tələbə də ola bilər) sağlam düşüncədə olmağını istəyirsinizsə, onun beynini tanımalısız desəm, yanılmaram. Sağ və sol beyinin funksiyalarını sizə açıqlayım; •Sağ beyin- duyğu,hiss və emosiyaların mərkəzi olan bu hissədə uşaqlar hadisələrə müəyyən hissi-reaksiya göstərirlər. •Sol beyin- məntiqli qərar verə biləcəyi bu mərkəzdə isə analiz və sintez etmə bacarıqları yerləşir. ~Övladlarınızla mənəvi bağ qurmaq olduqca vacibdir. Və məsələləri yalnız bu bağ qurulduqdan sonra həll etmək olar. Örnək olaraq : Övladınız sizi dinlemek yaxud danışmaq istəmirsə, onu əyləndirərək sözə başlamaq yaxud fantaziyasını işə salacaq mövzular açmaq olar. -“Mənə bugün olmuş və həqiqətdə mümkün olmayan 4 cümlə qur, 2si həqiqi olsun, 2si sənin təxəyyülün.” Bu zaman övladınız həm əqli cəhətdən beynini işə salacaq, həmçinin,siz günün necə keçməsindən xəbərdar olacaqsınız. Övladınıza fərqli olmağı, "heyatın ağ və qaradan ibarət olmadığını, bozun da olduğunu göstərin". Uşaqlar, hisslərini ifadə etdiyi zaman "yaxşı" yaxud "pis" sözlərindən istifadə edir. Amma ona "həyəcanlı","qəlbi qırıq", "həssas", "emosional" kimi sözləri əlavə etməyi məsləhət görə bilərsiniz. •Onlara seçim etmək şansı verin. Öz oxuyacaqları kitabı, yaxud, geyimlərini seçməyi öyrədin. Ailədə hər hansısa təcrübə yaşayarkən, ondan da fikrini soruşun, fərd olaraq özünü hiss etməlidir. Empatiya hissini aşılamaq olduqca önəmlidir. Bunun üçün nələr etmək olar? -Onu hadisə baş vermiş insanın yerində olduğunu təsəvvür etməsinə çalışın. Ən sevdiyi əşyası qırılsa, yaxud kitabı cırılsa nələr hiss edər? - üzür istəməklə yanaşı, bu məqsədin yollarını da axtarmasına çalışmaq. Misal üçün qardaşının rəsminə su tökərək, onu korlayıb. Üzür istəməyi "birlikdə və yenidən" rəsmə başlamaqla ifadə edə bilər. Ağıl gözü ilə görməyi bacarmaq nə deməkdir? Əslində başlığı "ağıl gözü= ağlınızla görmək" kimi başlamaq istəyirdim, amma bunu sonda vurğulamağı vacib bildim. Ağıl gözü - hadisələri zehnimizdə canlandırıb, yenidən işə salaraq baxmağı və sağlam seçim etməyi ifadə edir. Başınıza hər hansısa bir hadisə gəldikdən sonra, onu yenidən beynizdə film kimi yaradın. Baxa bilmədiyiniz, çəkindiyiniz hissələri keçin, sona qədər davam edin. "Film" bitdikdən və xoşbəxt sonluqdan sonra yenidən çəkindiyiniz hissəyə qayıdın və "izləyin". Nəticədə qorxduğunuz, sizə çətin gələn hadisələrə məntiqi yanaşa biləcəksiniz. Bunu öz üzərinizdə tətbiq etməyi bacardiqdan sonra, övladınıza da məsləhət görün. Belə ki, aldığı qorxuducu hadisə, onda müəyyən travma yarada bilər. Ancaq hadisələrə ağıl gözü ilə baxa bildikdən sonra travmalar da aradan qarxacaqdır. Kitabı tövsiyə edirəm. Xoş mütailələr
Çocuk Gelişimi
Bütün - Beyinli ÇocukDaniel J. Siegel · Koridor Yayıncılık · 20153,831 okunma
·
169 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.