Gönderi

Mənə nə olmuşdu ? Ağlın o dünyanı ya qara,ya da ağ göstərən zəhərinə illərdir məğlub olan adam mən deyildimmi? Mənim üçün hər şeydən üstün olan məgər ağıl deyildimi? İstəməsəm də,nifrət etsəm də,ən sonda ağıl qulağımdan tutub məni məntiqli etmirdimi? Ən kiçik şeyi belə ağılın ən incə süzgəcindən keçirən,sevincini də,kədərini də qırx dəfə ələyən,hisslərə bir dəfə belə təslim olmayan mən indi, həm də birdən-birə 25 yaşlı bir qızın qarşısında əl-ayağı dolaşmış,nə edəcəyini bilməyən yeni yetməyə dönmüşdüm.
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.