Gönderi

335 syf.
10/10 puan verdi
Kahkahalar Ülkesi
2022-nin erkən qolu. Jonathan Carroll'u hekayələri ilə tanıyırdım. Bloqum üçün də çox maraqlı bir hekayəsini tərcümə eləmişdim. Təsvir qabiliyyəti çox yüksək səviyyədə olan yazıçıdı. Amma bu səviyyədə gözəl roman gözləmirdim. Thomas Abbey atasının, Hollivud əfsanəsi, Steven Abbey'in kölgəsində qalmaqdan bezikən baş qəhrəmanımızdı. Thomas Marcel France adlı yazıçıya az qala sitayiş edir. Uşaqlığı kitablarını oxumaqla keçib. Thomas Saxony adlı qızla tanış olandan sonra illər öncə vəfat edən Marcel France'ın bioqrafiyasını yazmağa qərar verir və onun yaşadığı Galen adlı qəsəbəyə yola düşür və qızı Anna ilə tanış olub bioqrafiyanı yazmaq icazəsini istəyir. Daha sonra olanlarsa kitabın bu nöqtəyə qədərki normallığından çox uzaqdı. Əvvəla, müəllifin təsvir qabiliyyəti, məzəli dili o qədər mükəmməldir ki. Thomas Abbey şəxsiyyətcə iynələyici üsluba sahib bir personaj idi. Onun üslubuyla da normal görünən hadisələrin, insanlaeın təsviri çox orijinal alınıb. İkincisi, kitab Neil Gaiman orijinallığına, Stephen King tərzi hekayə anlatımına və Lovecraft üsulu abu-havaya sahibdi. Kitab hardasa 230 səhifə çox qəribə qəsəbəyə gələn iki adi şəxsin favorit yazıçılarının həyatını araşdırmaq üçün həmkəndliləri ilə qarşılaşmalarından filan danışır və birdən-birə sürətlənir. Son səhifədə düşünürsən ki, aha, hər şeyi bildim, amma son paraqrafda belə tvist atmağa davam edir. Çox bəyəndim. Çox əyləndim. Goodreads'a inansaq, bu oxuduğum 500-cü əsər idi. Çox doğru seçim eləmişəmmiş, xəbərim yoxmuş.
Kahkahalar Ülkesi
Kahkahalar ÜlkesiJonathan Carroll · İthaki Yayınları · 200639 okunma
·
138 görüntüleme
İnci Zadə okurunun profil resmi
Heyif 2022 nəşridir, köhnə illərin nəşri olsa, indi əldə pdfi olardı (Hər şeyə özünün və kanalın mənfəəti cəhətdən nəzər yetirir)
Samirə Abbasova okurunun profil resmi
Hocamm, sizləri buralarda görməyimə çox sevindim. Xoş gəldinizzz
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.