Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

312 syf.
10/10 puan verdi
·
Beğendi
Jonathan Safran Foer
Dostlar.. Ədəbiyyat gözəl şeydi. Həm də qorxunc bir şeydi. Jonathan Safran Foer'i tanıdığıma görə, əsərlərinin demək olar ki, hamsını oxuduğuma görə şadam.. və peşmanam. Bu Foer'in ilk romanıdır. Əsər.. çox qarışıqdı. 2 xətt və bu xətt arasında əlaqələndirici olan üçüncü bir xətt üzrə inkişaf edir hadisələr. Alex adlı cavan oğlan atası və babası ilə birgə Odessada turizm şirkəti işlədir. Jonathan Safran Foer adlı amerikalı(bəli, müəllifimiz) Odessaya gəlir və turizm şirkətindən ona İkinci Dünya müharibəsi dönəmində yəhudi olan babasının qaçmasına kömək edən Augustine adlı qadını tapmağına kömək etməsini istəyir. Bu hissələri bizə Alex danışır. Və zamanda geri gedib Foer ailəsinin ulu nənəsinin ulu nənəsinin 18-ci əsrin sonlarındakı həyatına dair başqa bir hekayə dinləyirik, ki bunu da Foer'in öz anlatımıyla dinləyirik. Üçüncü xətsə Alex'in Foer'in özünə yazdığı məktublardı. Həm Alex, həm də Foer iki fərqli dövrdəki hekayələrini yazır, bir-birinə göndərir və Alex bu təcrübəyə dair Foer'ə fikirlərini yazır. Və bir nöqtədə.. bu 3 xətt birləşir. Gözümdə yaş qalmadı. Foer 2 romanı, 2 qeyri-bədii kitabı və Nicole Krauss kimi möhtəşəm bir yazıçıdan boşanması ilə məni sarsmaq üzrə necə bacarıqlı olduğunu göstərdi yenə də.. Foer sevgiyə, ailəyə, müharibəyə və günahkarlığa dair, əzaba dair kitab yazıb.. bunu böyük bir incəliklə edib və.. çox gənc yaşında edə bilib. İlk kitabıyla "ölmədən öncə oxunulmalı1001 əsər" siyahısına adını sala bilib və Natalie Portman'ın tırkasına gedib Nicole Krauss ilə boşanıb.. bu faktı unuda bilmirəm. Bu cür iki möhtəşəm yazıçının bir evdə, bir otaqda oturmalarını, aralarındakı söhbəti təsəvvür edirəm və çox təəssüflənirəm.. Keçən günlərdə oxuduğum bir abzas yadıma düşdü: "O uşaq çox ağıllıydı, axırda da öz sonunu gətirdi. Yaxşı ki, sən o qədər ağıllı deyilsən, oğlum."
Her Şey Aydınlandı
Her Şey AydınlandıJonathan Safran Foer · Siren Yayınları · 2012183 okunma
·
189 görüntüleme
İnci Zadə okurunun profil resmi
Tırka da elə-belə yerdən gəlməyibmiş 😀
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.