Gönderi

298 syf.
10/10 puan verdi
Alfred Bester
Kitabın sonsözündə Neil Gaiman belə deyir: "Bəzi kitablar dövrünə aid qalır, bəzilərisə zamansızdır." Haqqı varmı? Var. Gulliver Foyle qəzaya uğrayan kosmik gəmidə sağ qalan tək canlıdır. "Vorga" adlı başqa bir gəmi 6 aydı ki, təkbaşına mübarizə aparan Foyle'un yaxınına qədər gəlir, onu görür.. və xilas etmədən uçub gedir. Foyle bu hadisə qarşısında intiqam arzusuyla alışıb yanır. "Vorga"ya aid hər kəsi öldürəcəyinə, qisas alacağına and içir. İntiqam arzusuyla başlayan kitab 300 səhifə içində çıxılmaz bir məngənəyə çevrilir. Gulliver Foyle anti-qəhrəmandır. Cahildi, canidi, təcavüzçüdü, iyrənc biridi. Amma bununla belə.. kitabın baş qəhrəmanıdır. Kitabı çox bəyəndim. Axıcı sujeti, maraqlı personajı və gözlənilməz sonu var. İşini görür: sizi öz dünyasının içinə çəkir, orda saxlayır və vermək istədiyi mesajı verir. 50-ci illərin elmi fantastik romanlarının bu yanını çox bəyənirəm. Əlqərəz, vaxtım gözəl keçdi.
Kaplan! Kaplan!
Kaplan! Kaplan!Alfred Bester · İthaki Yayınları · 20171,413 okunma
·
282 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.