Gönderi

Puan vermedi·191 syf.··
2022 47. kitabı
·
6 günde okudu
·
Okunma: 29 Ekim 2022 15:41
Ü.R.S. **** Yeriməyə nə qədər vaxt sərf edirik ? Bir yerdən başqa yerə getmək üçün yox , məqsədsizcə , ləzzət almaq üçün , dincəlmək üçün , düşünməmək üçün , ən önəmlisi tək qalmaq üçün ? Demək olar ki heç etmirik bunu. Yeriməyin faydaları ilə tanış olduq deyə bilərik. Yeriməyin ruh üçün , bədən üçün nə qədər yaxşı gəldiyini gördük . Əsas dərs budur ki , məqsədsizcə yeriməlisən , nəfəs almalısan , təbiətə baxmalısan , nəyəsə fokuslanmamalısan. Sonra onsuz da düşünə biləcəksən. Kitabxanada , kompyuter arxasında və yaxud işdə dqşünə bilmədiyin qədər iti düşünəcəbiləcəksən. Əsas odur ki ağlını boşaldıb gəzməyə başlayasan. Bu özü özlüyündən baş tutacaq. Burda tək problem , kitabda yazıçının misal çəkdiyi şəxslər kimi yetomyin , ən azından bizim şəxsimiz üçün mümkün olmadığıdır. Kilometrlərlə yerimək , kapitalizm dqnyasında sui qəsd kimi bir şeydir , vaxt itkisidir. Bundan əlavə , kitabda misalı çəkilən şəxsiyyətlərin dövründə yerimək daha asan idi. Bu qədər gurltulu deyildi yaşam məsələn. Rahat yeriyə biləcəyiniz daha çox imkan var idi. İndiki dünyada isə bu , daha çətindir. Şəhərlər baş alıb gedib. Hər yer daha basırıqdır. Mənzərələri göydələnlər və kirli hava əvəz edir. Bunlarla belə , gəzməyi ciddi ciddi düşünməyi və kitabdakı misallar qədər olmasa da həyatımızın bir parçası etməyi qərarlaşdırırq.
Yürümenin FelsefesiFrédéric Gros · Kolektif Kitap · 20209,1bin okunma
·
61 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.