Beş yaşımda sünnət olunmaqla vaxtsız başlanan qadınlığa keçid müddətim otuz yaşında ana olmağımla başa çatmışdı. Eyni zamanda indi anama olan hörmətim dəfələrlə artmışdı. Somali qadınlarının,sadəcə, qadın doğulduqlarına görə necə əziyyət çəkdiyini və iradə nümayiş etdirməli olduğunu anlamağa başlamışdım.