Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
1/10 puan verdi
Ögh..
Bu kitab "Dartanyanlar" kitab klubunun mart ayı üçün müzakirə mövzusudur, ki kitab klubumuz olmasaydı, mən özümü belə bir kitaba məruz qoymazdım. Kitab çox bərbaddır. İnanılmaz bərbad. Və bu bərbadlığın səbəbini yazıçıda görmürəm. Görmək istəmirəm. Deməli, kitabın əsas 3 qəhrəmanı var: Səma, Ramiz və İdris. İdris anası Səmayla bir yaşayır, Ramiz isə nəsə xəstədi, klinikada yatır. İdris varoluş sancısına bənzər nələrsə yaşayır, narahatdı, fikirlidi, amma qarnının ağrısı tam olaraq nədi, mən anlamadım. Daim fikirlidi, dalğındı, 2 saniyə gec cavab verən kimi anası soruşur ki, nolub, niyə fikirlisən, niyə mənlə danışmırsan? Məryəmlə evləndirim səni, gələn ilə uşağıvız olsun filan. Səma guya kitabın rasional personajıdı. Ən böyük narahatlığı oğlunun atası Ramizə çəkməsidi. Ramiz də ki.. Ramizin xəstəliyi nədi, bilmədim. Neçə illik həkiməm, mənə çatmadı şəxsən. Ramiz özü də deyir ki, nəsə bir illətim var, amma heç həkimlər də bilmirlər nədi. Əlqərəz, bu kitabın xüsusi yanı onun nəql üslubundaymış. "Şüur Axını". Aranızda Virginia Woolf oxucusu varsa, "Dəniz Fənəri" kitabından bu üslubla tanışdı. Kitabın bir neçə ciddi problemi var: Birincisi, müəllif azərbaycan dilini bədii anlamda istifadə edə bilmir. Cümlələri hədsiz uzun, gərəksiz ifadələrlə dolu və kirlidi. Türk dilindən sözlərlə mətn aşıb daşır. Kitabda o qədər çox zərflik var ki, xəbər "kömək!" deyə hayqırır, adi zərflik olsa, dərd yarı, bir neçə mərhələli, tire ilə yazılmış sözlərdi çoxu. Müəllifin cümlə quruluşu çox qəlizdi və səmimi deyil. Azərbaycan xalqı bu cür danışmır. Heç olmasa, ilk səhifəni reviziyadan keçirmək lazım idi ki, üstü bəzək olsun. İlk cümlədəcə bayırda "xlor var, xlooooor" deyə qışqıran dayday haqqında oğlan deyir ki, "bu satıcıya içimizdə üsyan edərkən deyinərək, həm də müəyyən anlayış çərçivəsində iradımızı bildirərdik". Haycan? Nağayrardıq? Bu cür mədəni şüur axmır, məncə. Bir kitab nə ilə önə çıxar? Ya personajları ilə, ya sujeti ilə, ya da nəql dəst-xətti ilə. Kitabda 3 vacib personaj var və üçünün də heç bir xüsusi yanı yoxdu. Ananın 38 yaşı var, amma özünü 50 yaşındakı klimaksa girən qadın kimi aparır. Bəzən elə absurd şeylər baş verir ki. Məsələn, bir səhifə əvvəldə Van Qoq haqqında "o bığlı sarı kişi" deyən qadın növbəti səhnədə "barokko və mokokko" tərzinə aid elə bir şərh verir ki. Pəəəh. Atanın dərdi məni yandırdı tökdü. Deməli, bu kişi guya Marsel Prustu, Jan Pol Satrı oxuyub oğluyla saatlarca müzakirə edən adamdı, Rembrandtın əsərlərini şərh edə bilir. O dərəcə intelektual insandı. Oğlu gəlib buna deyir ki, bəs dünən 2 saat çox fəlsəfi ağır bir kitab oxudum, sonra yatdım, yuxumda belə-belə şeylər gördüm. A kişi, Jan Pol Satr şərh eləməyi bacaran ata möhtəşəm məsləhət verir: bir müddət kitab oxuma. :D Oğul İdrissə..nə bilim e. Uşağın nə bir yeniyetməlik travması var, nə hazırkı həyatında çətinlik çəkir, amma depressivdi, guya öz yerini tapa bilmir filan. Və hər varoluş sancısı çəkən gənc oğlan kimi yazıçı olmaq istəyir. Anlaşıldığı qədəri ilə ortada bir sujet də yoxdu. Hə, Məryəm adında bir qızla oğlanın arasını düzəltməyə çalışırlar, ki heç buna ehtiyac da yoxdu, oğlanın hormonları çoxdan oyanıb qıza qarşı, sadəcə özünü naza qoyub. Hərçənd ki, ananın 38 yaşı varsa, ya bu evlilik qadının 18 yaşında baş tutub ki, indi oğlunun da 20 yaşı var, 21 yaşındakı Məryəmlə evləndirmək istəyirlər, ya da ata Ramiz şuluğluq eləyib vaxtilə və Səma həddi-buluğa çatmamış hamilə qalıb. Ürəyim çox doludu, çox. 408 səhifə.. Bu kitabın qiyməti.. 12 manatdır. 12. Hansı səbəblə? Tərcümə edilməyib, məsələn. Redaktəsi baha olub? Kitabı Şərif Ağayar redaktə edib, Tariyel Əliyev də korrektə. İnanmıram. Etməyiblər. Məsələn, Şərif Ağayar müəllifə zəng edib soruşmayıb ki, bəy, mutlu cəsəd nə deməkdir? Metafizik künc necə olur? Əndişə nədir? Zatən nədir? Ya da Lev Tolstoydan gətirdiyin sitatı aşağıda niyə"orijinalı fransızcadır" deyə vurğulayırsan? Lev Tolstoyun niyə nəyisə fransızca vurğulamasını sorğulamıram heç, bəs Herman Hessedən, Samuel Bekketdən gətirdiyin misalların orijinalı hansı dildəydi? Hərhalda Əmircanda çayxanada oturanda deməyiblər bunu, orijinalı almancadır. Şərif Ağayar kitabı oxuyanda yuxulayıb, bəs Tariyel Əliyev? O ki, korrektə etməliydi.. Hər halda bu kitabın beta oxuyucuları olub(ilk versiyanı oxuyub, müəllifə rəy verən bir neçə nəfərlik qrup), ki goodreads'dakı 4.79/5 ortalamanın onlardan qaynaqlandığını təxmin edirəm. Bir nəfər oxuyucu deməyib ki, məllim, bu aş olmamış?! Bəlkə də deyiblər və düzələndən sonra ortaya çıxan budu. Ya da müəllif bizlə məzələnir. Bu bir qara satirikadır və yazıçı olmaq istəyən İdrisin nəqli idi, müəllif də İdrisin nəzdində özünü bu cür hiss edən, iki Nitşe kitabı oxuyub özünü dağ yerinə qoyan uşaq-muşağı yamsılayır və məzə tutur onlarla. Bu variant olsaydı.. təsəvvür edin də, 400 səhifə kitab olduğu kimi qalır və son 8 səhifədə birdən birə ciddi mətnə çevrilir, cümlələr dolğun, məzmun aydın və əsl müəllif özünü göstərir, İdris kimi əli şərablı, yeraltı uşaqlarını tənqid edir və pərdə bağlanır.. xəyaldı da, Zaur.
Səs və ya Qırmızı
Səs və ya QırmızıŞamxal Həsənov · Qanun Nəşriyyatı · 20206 okunma
·
259 görüntüleme
İnci Zadə okurunun profil resmi
Rəydəki nüanslara qatılıram, amma "zatən" və "əndişə" sözü niyə sorğulansın ki? "Mutlu" sözünü anlaya bilərəm, hətta bir nöqtədə "əndişə" sözünü də anlamaq olar (baxmayaraq ki lüğətdə var), istər-istəməz sünilik yaradırlar. Amma "zatən" sözü üçün eynisini düşünmürəm, bizim dilimizdə olub kifayət qədər işlənən sözlərdən biridir, məncə (daha çox son vaxtlarda ümumişlək hala gəlmiş olsa da). Bəlkə, oradakı irad başqa bir detala istiqamətlənmişdi, amma mən anladığım şəkildə fikrimi bildirmək istədim. (Yeri gəlmişkən, varoluş sancısı çəkib yazıçı olmaq istəyən hər bir gənc oğlan və klimaksa girmiş 50 yaşlı qadın qismi əla idi hahaha)
Tinuviel okurunun profil resmi
"Bu cür mədəni şüur axmır" cümləsinə səbəbsizcə səsli güldüm😂😂😂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.