Gönderi

Saqi, harda qaldın? Mən meypərəstəm! Doldur piyaləni, onsuz da məstəm! O, göz yaşım kimi saf olan şərab Aşiq məzhəbində sayılır səvab! Onu bu ümidlə içirəm ki, mən, Qurtara könlümü dərddən, ələmdən. Yolumun üstündə duran şirə bax, O şir-qəm şiridir, onu azdıraq. Əzəllər həmdəmim olardı şadlıq, O adam deyiləm, deyiləm artıq. Bu gün də əlimdən çıxsa o dildar, Daha da pis günlər qismətim olar. Saqi, ver şərabı, dərdimə bir qal! Söz mənim oduma nal atmışdır, nal! Ver o şərabı ki, açardır işə, Ruh ilə ruh kimi girir sazişə!
·
56 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.