Gönderi

376 syf.
·
Not rated
·
Read in 30 hours
Hisslərin sükutundan daha yaxın olan hər kəsə..
Həyatınızdan məmnun olmağınız üçün ən gözəl səbəblərdir ; hisslərinizə önəm verən, səssizliyinizi anlayan insanların əhatəsində olmaq. Kimilərimiz daha yaxın olarıq bu əhatəyə, kimilərimiz isə ora çatmaq üçün ardı- arası kəsilməz mübarizə aparar. Obrazımız Adel də bu ikinci insanlara aid idi. Doğrusu, əsəri oxuyanda başlarda ona qarşı mənfi emosiyalarım var idi. Amma sevgi haqqında düşüncələri, mübarizə ruhu və ağılı məni özünə bağladı. Zəngin bir ailədə böyüyən Adelin atasını itirməsi ilə başlayır romanımız. Əslində beynimdə bu cümlə var idi “klassik xarici film” mövzulu daha bir roman. Ancaq bunu öyrəndim ki, hər mövzuda olduğu kimi ön yarğını qırağa qoymaq lazımdır. (Bu arada siz mənim "ancaq, amma" bağlayıcılarımı çox görəcəksiniz. Insanın zidd fikirlərini öyrənməsi hər dəfə qismət olmur :D ) √Dan Brawn, təsirini o qədər hiss etdim ki, əsər boyu yeni məlumatlarla qarşılaşdım. Doğrusu, çoxusu ilə əvvəldən tanış idim. Amma dünyagörüş formalaşdırmaq cəhətdən olduqca yaxşı məlumatlara sahibdir. Hansı ki, mənim üçün psixoloji tədqiqatlar olduqca maraqlıdır. Turan Həsənli, sizi “Rosenhan eksperimenti”, “Bamba ekperimenti” ilə tanış edəcək, Kvant fizikasından tutmuş, gündəlik sağlamlığımız haqqında araşdırma aparmağa səsləyəcək. Əlbəttə, mövzularla bağlı araşdırma aparmaq sizin öz seçimizdir, müəllif yaxşı istiqamət vericidir. √ Doğrusu,romandakı fərqliliyi sonlara doğru çox hiss etdim. Yazar, Adelin zəkası ilə çox təsirli son nümayiş etdirdi. Dialoqların elmi məlumatla çox olması, insanı süjetdən bir az uzaqlaşdırır, buna baxmayaraq, qeydlər aparın və oxuyun, son sizi valeh edəcək. Və unutmayın.. ~Hər son bir başlanğıcdır.
Koma
KomaTural Hesenli · 214748364728 okunma
·
161 views
Elnur Semedli okurunun profil resmi
Salam hal hazırda oxuyuram elmi məlumat qeyd etmisiz bu kimi başqa hansı kitabları tövsiyyə görərdiz elmi məlumatların olduğu.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.