İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim. Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimin təsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı, təşəbbüs də olmazdı. Əlinizdə tutduğunuz bu kitab isə digərlərindən fərqli olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə misalı, içində hamımıza ehtiva edən böyük bir komadır. Haradan baxsanız, on il var ki qələmlə dərdləşir və bir şey yazmağa çalışıram. Varlıq kimi yoxluqlar da bu həyatdan bizə ərməğandır. Məhz bu səbəbdən də qazanclarımın olduğu kimi son on il müddətində, eyni zamanda bir çox şeyin yoxluğunu çəkdim. Hərçənd heç zaman düşüncə yoxluğu yaşamadım, yaşamın düşüncəsiz var olmayacağına inandım. Həyatımın hər bir hissəsində var olmağıma səbəb olan düşüncələrim mənimlə idi. Düşündükcə böyüdüm və böyüdükcə dünyaya baxışım dəyişdi. Mən dəyişdikcə də ətrafımı dəyişdirməyə davam etdim. Beləcə gördüm ki, gələcək düşüncələrimlə formalaşır. Dəyişmək gözəl idi, amma dəyişməyən ən gözəl şey qələmimə istiqamət verən sevgi idi. Bu, bir sevgi, bu, bir dəyişim, bu, bir dünya hekayəsidir. Bu, gənc bir yazarın içində yaşadığı “Koma”dır (komadır). Hər köşədə bir az mən, bir az sən, bir az biz varıq. Bəyəm varlığımız ən böyük xəzinəmiz deyilmi?
Author:
Tural Hesenli
Tural Hesenli
Estimated Reading Time: 10 hrs. 39 min.Page Number: 376Publication Date: 2147483647
Country: AzerbaijanLanguage: Azerice

Comments and Reviews

See All
376 syf.
·
Not rated
·
Read in 30 hours
Hisslərin sükutundan daha yaxın olan hər kəsə..
Həyatınızdan məmnun olmağınız üçün ən gözəl səbəblərdir ; hisslərinizə önəm verən, səssizliyinizi anlayan insanların əhatəsində olmaq. Kimilərimiz daha yaxın olarıq bu əhatəyə, kimilərimiz isə ora çatmaq üçün ardı- arası kəsilməz mübarizə aparar. Obrazımız Adel də bu ikinci insanlara aid idi. Doğrusu, əsəri oxuyanda başlarda ona qarşı mənfi
Koma
KomaTural Hesenli · 214748364726 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.