Gönderi

132 syf.
·
Puan vermedi
·
3 günde okudu
Fyodor Mixayloviç Dostoyevski'ni ədəbiyyata qaytaran əsər olaraq bilinən “Dayının yuxusu” əsəri olduqca fərqli mövzuda və tərzdə yazılmışdı. Əsəri oxuduğum zaman milli yazarımızdan olan Cəlil Məmmədquluzadəni xatırlayırdım, xüsusən də “Danabaş kəndinin əhvalatları” əsərinin tərzini verirdi. •Yumor janrınım ön planda oldugu əsərdə gülüşün altında bir çox həqiqət gizlənirdi. Varlı burjuaziya nümayəndələri ilə kasıb təbəqəyə qarşı münasibət ayrımı, intiqam, saxtakarlıq, ölüm və s. Əsər haqqında çox spoiler verməyəcəm, mövzusu isə belədir ; Mariya Aleksandrovna, evinə “təsadüfən” gələn varlı K-ya öz qızı Zinani ərə vermək istəyir. Manipulyasiya və natiqlik bacarığı olduqca güclü olan Mariya xanım istədiklərini əldə edib, burjuaziyanın cahi-cəlallı həyatına daxil ola biləcəkmi? Bu suala cavabı oxuduqdan sonra tapacaqsınız. :) Gülməli hesab etdiyim hissələr Mariya ilə həyat yoldaşı Afanasinin ünsiyyəti olurdu, məsələn ; “Afanasi : -Deyirsən knyaz nəsə desə, sus və gülümsə. Birdən o məndən nəsə soruşdu? Onda necə? -Əcəb axmaq adamsan! Dedim axı sus. Sadəcə sus. Mən sənin yerinə cavab verəcəyəm. Sən sus və gülümsə. -O mənim lal olduğumu fikirləşəcək. -Çox vacib şey imiş! Qoy fikirləşsin də! Əvəzində axmaq olduğunu bilməyəcək. ” √Oxuduğum üçün memnun olduğum bir əsər oldu. Dostoyevskinin tərzindən fərqli hiss etdiyim, yumor və axıcı bir əsər idi. Xoş mütailələr
Dayının Yuxusu
Dayının YuxusuFyodor Dostoyevski · Teas Press Nəşriyyat · 20193,346 okunma
·
130 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.