Gönderi

Çünki özümü dərk edəndən bəri həyatda nə qədər yalnız bir insan olduğumu anlamağa başlamışdım. Sanki mən bu dünyanın insanı deyildim. Onun səs-küyü, insanı bir yoluxucu xəstəlik kimi ağuşuna alan absurd qaydaları mənə yad gəlirdi. Bir müddət düşünmüşdüm ki, kitablar bu yalnızlıq və apatiya duyğusundan qurtulmaqda mənə yardımçı olacaq. Amma sonralar belə bir ağır vəzifəni bir tək kitabların üzərinə yükləməyin ağılsızlıq olduğunu anladım. Düzdür, onlar sizə hekayələr danışır, sizi reallıqdan uzaqlaşdıraraq xəyal etdiyiniz bir dünyada yaşadır. Amma qorxularınızla baş-başa qaldığınızda onların heç biri sizi qolları arasına alıb təsəlli verə bilmir.
··
552 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.