Əsər möhtəşəmdir. Oxuduqdan sonra bu qədər təsirində qalacağımı bilməzdim. Əsərdə bir çox mövzulara toxunulub. Sevgi, dostluq,xəyanət, fədakarlıq, nifrət, vətən həsrəti... Əsərdə Əfqanıstan həyatı iki mərhələdə çatdırılır. Müharibədən əvvəlki və müharibədən sonrakı. Çox axıcı əsər idi, oxuyarkən insanı heç yormaz. Filmini də izlədim. Film də maraqlı çəkilib amma kitab qədər təsirli deyildi məncə. Hət kəsin oxumasını tövsiyyə edirəm.