Puan vermedi·304 syf.··
2022 28. kitabı
·
7 günde okudu
·
Okunma: 14 Kasım 2022 20:29
Hər kəsə salam. Psixoterapiya ilə bağlı oxuduğum ilk kitab idi deyə bilərəm. Gəlin psixoterapiya nədir ? sualına google qardaşın köməyi ilə baxaq ; Psixoterapiya- psixoloji üsullar və metodlar vasitəsilə həyata keçirilən müalicədir. Psixoterapiya prosesində pasiyent öz emosiyalarını tənzimləməyin yeni vərdişlərinə yiyələnir, stress vəziyyətlərinin nəticələrini aradan qaldırmağı öyrənir. Kitab haqqında fikirlərimi, günlük yaşantımıza uyğunlaşdıraraq izah etməyə çalışacam.. U.Uinnikot belə bir dərin mənalı müşahidəsində qeyd etmişdir : “Yaxşı və pis analar arasındakı fərq, səhv etməməsində deyil, onların bu səhvlərlə nə etməsindədir.” √Hər kəs səhv edə bilər, bu təbii bir prosesdir. Ancaq səhvlərinizi qəbul edərək, bunu etiraf etsəniz daha yaxşı nəticəyə müvəffəq olmaq olar. •“Burada və indi ” konsepsiyasını həyat tərzinizə çevirin. Soruşa bilərsiniz bunu necə həyata keçirmək olar? √Əhatənizdə olan insanlarla qrup söhbəti edərək yaxud da özünüzü qiymətləndirmə həyata keçirdiyiniz hər vaxt indiki zamana, fokuslana bilərsiniz. "Bu an, bu gün bir də heç vaxt olmayacaq " düşüncəsini tez-tez xatırlayaraq. Qrup söhbətlərində isə hər bir qrup üzvünə sizin haqqınızda (hərəkət, jest,mimika, danışıq tərzi və s.) məlumat verməsini istəyərək. Bu sizə özünü dərk etməyə də kömək edəcək. Çox sevdiyim bir youtube'rin psixoloqu belə bir ifadə işlədibmiş : «You are not the past. You are awareness at what is here and now.» «Sən keçmiş deyilsən. Sən sadəcə olduğun yerin və indiki anın fərqindəsən.» • “O hissəciyi tap”. Əgər ünsiyyət qurduğunuz insanın gizli etirazını yaxud da müqavimətini qırmaq, həyatı "ağ-qara" tonlarda yox "boz çalarları" da göstərmək istəyirsinizsə istifadə edə bilərsiniz. Nümunə olaraq depressiv bir insana pozitiv yanaşma vermək istəyirsiniz : -“Mən anlayıram ki, sən özünü pis hiss edirsən, bəzi vaxtlar olur ki, özünü təslim edirsən və pis fikirlərə qapılırsan. Ancaq indi burdasan və mənimlə söhbət etməyin, sənin hansısa hissəciyin xilas olmaq istəyir. Indi mən ən yaxşısı, həmin hissəciyin ilə danışım.” • Qərar verməyi yüngülləşdirən üsul. √Bəzən fərdlər nə isə arzu etdiklərini ancaq bir şeydən məhrum olduqda dərk edirlər. Özünün başqa bir insana qarşı hisslərində dolaşığa düşmüş insanlara, həmin adamın onunla münasibətlərinə son qoyduğu telefon söhbətini təsəvvür edin. Bu zaman nə hiss edərsiniz? Itirmək qorxusu? Rahatlıq? Narazılıq? Və s.
Kitap Yorumu
Psixoterapiya VergisiIrvin D. Yalom · Qanun Nəşriyyatı · 202136 okunma
·
112 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.