Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

416 syf.
·
Puan vermedi
·
Beğendi
Dəhşətli Bibi David Walliams Janr: Uşaq Ədəbiyyatı Səhifə: 412 Qiymət: 8.40₼ Nəşriyyat: 3 alma 5/5 — 9/10 — 92/100 SpoilerSİZ: Mən hər dəfə bir neçə ağır kitabdan sonra uşaq ədəbiyyatına müraciət edirəm. Beləliklə, həm çox əylənir, həm də sonrakı ağır kitabı rahatlıqla oxuya bilirəm. Yenə belə kitablardan biri də Devid Uolyams'ın "Dəhşətli Bibi" əsəri oldu. Kitab haqqında rəyim müsbətdir. Ən əsası kitab çooox səmimi idi yazıçı ilə birlikdə oxuyurmuşam kimi hiss etdim. Yazıçının qeydləri və s. çox səmimilik qatırdı hekayəyə. 400+ səhifə olmasına diqqət yetirməyin, çox axıcıdı, həm də rəsmlərlə doludur. Rəsmlər də çoox şirin idi, sevdiyim tərzdə idi, bu da kitaba axıcılıq qatır. Gələk uşaqlar üçün bu kitabın uyğun olub, olmadığına. Məncə onsuz da kitab hər bir uşaq üçün axıcı olacaq :) çünki ordakı rəsmlər, səhifədə cümlələrin az olması, xəritə, həyəcan və səs bildirən sözlərin böyük yazılması, nəsil şəcərəsi( və s. kitabı çoox əyləncəli hala gətirir. Mən belə əyləndim :) amma bəzən dəhşətli səhnələr var idi, bəlkə hansısa valideynə görə uşağına uyğun olmaya bilər. Zatən belə düşünürəm ki, əgər valideyn uşağa kitab oxudacaqsa, ilk öncə özü onu oxumalıdır. Çünki hər bir valideynin kriterləri fərqli ola bilər. Mənim fikrimi almaq istəyirsinizsə, düşünürəm ki, uşağım olsa bu kitabı oxudaram, çünki bu əyləncədən məhrum olmamalıdır :D Keçək tərcüməyə. İlk dəfə "3 alma" nəşriyyatından bir kitab oxudum. Vəə tərcüməni çooox bəyəndim həqiqətən. Heç fikir vermirdim, o qədər yaxşı idi :) çox diqqətıə tərcümə ediblər hər bir cümləni. Yəni bu cəhətdən narahat olmayın. Son şərh. Nə qədər "uşaq ədəbiyyatı" sayılsa da, içində bir o qədər dərinliklər, göndərmələr yatır bu kitabın. Əslində, onsuz da bütün "uşaq kitabları" belə deyilmi? "Balaca Şahzadə", "Alisa Möcüzələr Ölkəsində", "Balaca və Karlson" və s. hər birinin içində çox dərin mənalar var, təbii ki, anlayana. Yəni deməyim odur ki, sırf "uşaq ədəbiyyatı" janrındadır deyə oxumaqdan vazkeçməyin əsla, çox şey itirərsiniz. Həm də bəzən əylənmək lazımdır. Mən Devid Uolyams'ın digər kitablarını da mütləq alacam. Siz də mütləq nəzər yetirin. Spoilersiz (qısa) mövzu: Stella Saksbi Saksbi Hol malikanəsinin yeganə varisidir. Lakin dəhşətli Alberta bibi və onun yekə bayquşu bu evi qızın əlindən almaq üçün hər şeyə əl atırlar. Xoşbəxtlikdən, Stellanın bir sirri var... Bu qəribə sir onun həm də gizli silahıdır. Ümidvaram ki, sizdə kitabı oxuma həvəsi yarada bildim. Xoş mütaliələr! Proloq: Sizin dəhşətli bibiniz var? Məsələn, ən çox sevdiyiniz televiziya proqramına baxmağa icazə vermir? Yaxud da rəvəndə nifrət etdiyinizi bilə-bilə sizi hazırladığı iyrənc rəvənd püresini axıra qədər yeməyə məcbur edir? Bəlkə, bu bibiniz öz itini marçıltı ilə öpəndən dərhal sonra sizi də öpür? Ya da qutudakı ən dadlı şokoladları acgözlüklə yeyib, sizə isə albalı likörlü qara şokoladlar saxlayır? Ya da Milad bayramında sizin üçün toxuduğu və qabağına iri, bənövşəyi hərflərlə "Mən bibimi sevirəm" yazılan, dərinizi qaşındıran cemperi geyinməyinizi tələb edir? Bibiniz nə qədər dəhşətli olsa da, heç vaxt Alberta bibiyə çata bilməz. Alberta bibi dünyada olan ən dəhşətli bibidir. Onunla tanış olmaq istəyirsiniz? Elə isə oxuyaraq kəşf edin! Sitat: "Səninlə belə təkəbbürlü davranmamalı idim. İndi bilirəm ki, muzdur evində, yaxud sarayda böyüməyin fərqi yoxdur. Biz hamımız eyni adamlarıq."
David Walliams
David Walliams
Dəhşətli Bibi
Dəhşətli Bibi
Dəhşətli Bibi
Dəhşətli BibiDavid Walliams · 3 Alma · 012 okunma
·
76 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.