Dəhşətli Bibi
David Walliams
Janr: Uşaq Ədəbiyyatı
Səhifə: 412
Qiymət: 8.40₼
Nəşriyyat: 3 alma
5/5 — 9/10 — 92/100
SpoilerSİZ:
Mən hər dəfə bir neçə ağır kitabdan sonra uşaq ədəbiyyatına müraciət edirəm. Beləliklə, həm çox əylənir, həm də sonrakı ağır kitabı rahatlıqla oxuya bilirəm. Yenə belə kitablardan biri də Devid Uolyams'ın "Dəhşətli Bibi" əsəri oldu. Kitab haqqında rəyim müsbətdir. Ən əsası kitab çooox səmimi idi yazıçı ilə birlikdə oxuyurmuşam kimi hiss etdim. Yazıçının qeydləri və s. çox səmimilik qatırdı hekayəyə. 400+ səhifə olmasına diqqət yetirməyin, çox axıcıdı, həm də rəsmlərlə doludur. Rəsmlər də çoox şirin idi, sevdiyim tərzdə idi, bu da kitaba axıcılıq qatır.
Gələk uşaqlar üçün bu kitabın uyğun olub, olmadığına. Məncə onsuz da kitab hər bir uşaq üçün axıcı olacaq :) çünki ordakı rəsmlər, səhifədə cümlələrin az olması, xəritə, həyəcan və səs bildirən sözlərin böyük yazılması, nəsil şəcərəsi( və s. kitabı çoox əyləncəli hala gətirir. Mən belə əyləndim :) amma bəzən dəhşətli səhnələr var idi, bəlkə hansısa valideynə görə uşağına uyğun olmaya bilər. Zatən belə düşünürəm ki, əgər valideyn uşağa kitab oxudacaqsa, ilk öncə özü onu oxumalıdır. Çünki hər bir valideynin kriterləri fərqli ola bilər. Mənim fikrimi almaq istəyirsinizsə, düşünürəm ki, uşağım olsa bu kitabı oxudaram, çünki bu əyləncədən məhrum olmamalıdır :D
Keçək tərcüməyə. İlk dəfə "3 alma" nəşriyyatından bir kitab oxudum. Vəə tərcüməni çooox bəyəndim həqiqətən. Heç fikir vermirdim, o qədər yaxşı idi :) çox diqqətıə tərcümə ediblər hər bir cümləni. Yəni bu cəhətdən narahat olmayın.
Son şərh. Nə qədər "uşaq ədəbiyyatı" sayılsa da, içində bir o qədər dərinliklər, göndərmələr yatır bu kitabın. Əslində, onsuz da bütün "uşaq kitabları" belə deyilmi? "Balaca Şahzadə", "Alisa Möcüzələr Ölkəsində",