10/10
·424 syf.··
Beğendi
·
2022 11. kitabı
·
285 günde okudu
·
Okunma: 16 Kasım 2022 22:15
niyəsə son zamanlarda kitab oxumağa başladığımda onu çox gec bitirirəm, tez bitirmək istəmədiyimdəndir, ya da yavaş oxuyaraq mənasını daha çox mənimsəmək üçün. Bu kitaba başlayalı 8-10 ay olmuşdur, kitabı isə mənə 1 ildən çoxdur sevimli amatör yazar dostum vermişdi, bu və bir neçə kitab. Sayəsində çox sevinirəm ki, bu kitabı oxuya bildim, gec bitirdiyim üçündə hüzünləndim. Kitabda olan hadisələr, kitabda olan faktlar o qədər xırdalıqlarına qədər diqqət yetirilibki, yazara heyran olmamaq əldə deyil. Hər bir kitabında daha maraqlı mövzulardan bəhs edir. Və bu yaxınlardan Gəncədə keçirilən II Kitab sərgisində bu kitabı özünə imzalatmaq, və şəkil çəkdirmək mənim üçün çooxx sevindirici hal oldu. Orda kitabı imzalatmaq üçün gözlədiyimdə, digər oxucularla da Rövşən Abdullaoğlunun qələmə aldığı digər kitablardan da bəhs etdik, hər birimiz başqa başqa kitabları oxumuşduq, kitab haqqında danışdıqlarında gözləri parıldayırdı. Bu kitab həqiqətən İntihara yaxın birisi üçün belə geri dönüş biletidir bəlkədə. Oxuduqca gah ağladım,gah güldüm, gah uşaq kimi sevindim. Arada keçmişə səyahət etdim, arada deyil hətta çox. Sərgidə növbədə gözlərkən gəlib bizə şirin sorma konfetlərdən payladı nəşriyyat evinin bir işləyəni, orda nə kimi fəaliyyət göstərirdi bilmirəm, ancaq çox sevimli və oxuculara çox xoş davranırdı. Başqa kitablarını oxumağa da səbrsizlənirəm
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,812 okunma
·
83 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.