Puan vermedi·304 syf.····Okunma: 16 Kasım 2022 17:37 Tarixi dedektiv romanı ilə yenidən qarşınızdayam.
Mövzuya hakim olana kimi bütün kitablar maraqsız olur. Eyni ilə bu kitab kimi. Maraqsız deyil məsələ diqqətini kitabda cəmləməkdir.
Nəysə))) keçid edək kitabın mövzusuna.
.
İlk öncə onu qeyd edim ki, dedektivimiz Qanbay Qasımlıdır.
Və kitab Vasif adlı polis kapitanının fikirləri ilə başlıyır və hadisələri onun düşüncələrindən keçənlərlə öyrənirik.
.
Kitab Türkərən adlı kənd və orada yerləşən Qarxan bağları adlanan ərazinin ətrafında baş vermiş hadisələrdən bəhs edir. Hansı ki, bu hadisələrin kökü 150 il əvvələ dayanır.
.
Qaraxan ağanın evli oğlu Əbdül bəyin könlünü erməni qızına verməsi , ondan oğlan övladının dünyaya gəlməsi ilə ,Qaraxan ağanın da dediyi kimi QANINI İT SÜMÜYÜNƏ CALAMASI ilə mövzu indiki dövrə kimi gizli qan davası vəziyyətində gəlib çıxır .
.
Əbdül bəyin yodaşı Şahnaz xanımdan olma oğlu Həmid ilə sevdiyi erməni qızl - Sonadan olma Cəmil adlı oğlu ilə iki nəslin arasındakı ədavəti oxuyuruq.
.
Şahnaz xanım öz oğlunu vətənpərvər ruhda böyüdərkən ,erməni qızl öz oğlunu doğmaca qardaşına və babasına türk olduğuna görə düşmən kimi böyüdür.
.
VƏ YENƏ ÖZÜNÜN OLMAYAN TORPAQLARA GÖZ QOYAN erməni AİLƏSİ BELƏLIKLƏ BU YALANLA ÖZ NƏSLINI ÖMÜR BOYU ALDADARAQ 150 IL SONRA BELƏ QISAS ALMAQ EŞQINƏ DÜŞÜR.
.
erməninin özünü elə erməni kimi apardığı çox səhifələr oxuyacaqsız.))..
.
Cinayətkarın kim olduğunu öyrənəndə mat qalacaqsız. Çox açıqlama vermədim. Oxuduğunuz üçün təşəkkürlər.