Bu kitabı oxuyanda səninlə eyni yaşda idim. Buna görə də həmin yaşda keçirdiyim hiss fırtınasını eynilə başqasının da yaşaması qəribə hiss etdirdi. İncələməni oxudum, toxunduğun hər detalın arxasında dərin bir uçurum var, baxmayaraq ki, kitabı oxumayanlar üçün, bəlkə də, səthi səbəblər kimi görünəcək. Nə etmək olar... Hannah'ı, onun ruhunu önəmsiz görünən bütün bu detallar birləşərək, kabusa dönərək öldürdü. Ara-sıra bunu da xatırlamaq, unutmamaq lazım...