Puan vermedi·237 syf.··
2022 62. kitabı
·
57 günde okudu
·
Okunma: 28 Kasım 2022 07:21
Kitabın gedişatı, hadisələrin axışı çox qəşəng idi. Bir oturuşda oxuyub ayağa qalxa bilərsiniz. Amma belə bir son, ucunun açıq buraxılmasını sevmədim. Baphomet və kabal kimi satanistik süjetlərin kitabda istifadəsini bəyənirəm. Sadəcə bu tip janrları bəyənənlərin sevəcəyi kitabdır. Boone və Lorinin haqqında kitabın əvvəlində o qədər səthi verilib ki, ortalarda Lorinin elədiyi fədakarlıqlar inandırıcı gəlmir. Ayrıca Narsisin xarakteri xəstəxanada əjdaha idi, öldükdən sonra zorrttt. Bundan əlavə Baphomet satanizmdə çox uca xarakterdir, bu kitabda hər başın sıxışdığında gedib gördüyün adam kimi yazıb. Kabalın nə elədiyi haqqında da heç nə yazılmadı. Sona doğru əsl Yeşilçam filmi ssenarisi oxudum. Ümumən pis deyil, amma sonunu çox yaxşı gözləməyin.
KabalClive Barker · Oğlak Yayınları · 200066 okunma
·
57 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.