Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

352 syf.
8/10 puan verdi
·
Beğendi
Fobiyalarınız cəsarətinizdən böyük deyil
Fobiya kitabı Wulf Dorn’dan oxuduğum 4cü kitabdır. Fikrimcə Wulf Dorn inanılmaz dərəcədə mükəmməl şəkildə psixoloji-qorxu janr yazıçısıdır. Hər sətrində qorxunu hiss etdirir və psixoloji cəhətdən də analiz etməyimizə kömək edir. Kitabın məzmunu: Sarah evli və 1 uşağı olan bir xanımdır. Bir nəşriyyatda işləyir. Yoldaşı ilə aralarında soyuq və monoton bir münasibət var. Sarah’ın 1 il öncədən yarandığı uğursuzluqla bağlı fobiyaları və iç səslərinə görə işinə uzaqdan davam edir. Bir gün yoldaşının işdən gəldiyini görür. Mətbəxə enir. Yoldaşının maşını, onun kostyumu, çamadanı amma qarşısındakı yoldaşı deyil başqa biridir. O an orda baş verənlərə görə Sarah həmin adama onun kimi davranmağa məcburdur. Həmin adamdan qaçmağı bacarır , polisə xəbər edir ancaq heçkim inanmır ona. Hekayə isə burdan başlayır. Hekayədə bir qəhraman var. Pis və qorxunc biri kimidir. Lakin oxuduğumuzda anlıyırıq ki, əslində o adam öz qorxularına və yaşadıqlarına əsasən Saraha xəbərdarlıq edib onu qorumağa çalışır. Ancaq yalnış və qorxuducu şəkildə edir bunu. Zaman zaman həmin adama haqq verdim. Əslində çox haqlı idi ama üslubu yalnış idi. Burdan yola çıxaraq bir daha anlayırıq ki, insanları xarici görünüşünə görə yarğıladığımız zaman, onlara bu baxımdan dəyər verdiyimiz zaman onlara böyük psixoloji şiddət etmiş oluruq. Bəlkə zaman zaman kinləndiririk onları. Saraha gəldikdə isə uğursuzluqdan o qədər qorxurduki, iç səsi, düşüncələri onu kor etmişdi. Fikrimcə işdən uzaqlaşma səbəbini yoldaşına yükləsə də əslində səbəbi özü idi. Halbuki çox uğurlu bir kariyerası var idi. Fobiyalarını gözündə böyüdüb, bir qadın olduğunu unutdu. İstəklərini, arzularını, övladı və yoldaşını unutdu. Ətrafında olanları görmədi. İçindəki özüylə müharibəsi böyük idi və hər fürsətdə onu aşağı çəkirdi. Sonda isə əsərin bizə ötürdüyü bu idi ki, fobiyalarınız, qorxularınız cəsarətinizdən və arzularınızdan böyük deyil. Onlardan hər zaman güclüyük. Onların sizi idarə etməsinə icazə verməyin. Sevgi ilə qalın
Fobi
Fobi
Wulf Dorn
Wulf Dorn
Fobi
FobiWulf Dorn · Pegasus Yayınları · 20163,879 okunma
·
124 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.