Gönderi

Puan vermedi·334 syf.··
2022 46. kitabı
·
10 günde okudu
·
Okunma: 05 Kasım 2022 21:11
Azərbaycan ədəbiyyatında 19-cu əsr yetərincə araşdırıldığını düşünmədiyim dövrlərdən biridir, xüsusilə birinci yarısı. Ərəb-fars dillərinin qismən unikallığını qoruması və din göstərişləri özlərinə xoş gələcək tərzdə şərh edərək əhalini cəhalət altında saxlayan mollalar bir çox sahəni olduğu kimi ədəbiyyatı da inkişafdan saxlamışdır. O dövrün ən yaxşılarından biri - heç şübhəsiz Mirzə Şəfi Vazehdir. Onu kəşf etməyimizə səbəbkar isə əvvəlcə tələbəsi, sonra əsərlərinin naşiri olan alman tələbəsi Fridrix Bodenştedtdir. Bodenştedt Gürcüstanda Vazehdən ərəb-fars dillərindən dərs almış, klassikləri öyrənmişdir, o dövrdə Vazehlə çox yaxın dostluq əlaqələri qurulmuş, Vazeh öz əsərlərini ona hədiyyə etmişdir. Alman tələbə isə bu şeirləri Almaniyaya aparıb tərcümə edərək nəşr etmiş, təxmin edə bilməyəcəyi şəkildə əsər çox məşhur olmuş, müxtəlif dillərə geniş tirajlarla tərcümə olunaraq yayılmışdır, sonralar müəllifi danıb özü əsərlərə yiyələnmək istəsə də, çox keçmədən yalan danışdığı üzə çıxmışdır. Lakin bu mövzuda təbliğatın genişləndirilməli olduğunu düşünürəm. Əlisa Nicata gəldikdə isə Bodenştedtin Vazeh haqqında xatirələrini əsas götürməklə "Gəncəli Müdrik" adını verdiyi bioqrafik romanını yazmışdır. Vazehin müthiş istedadına baxmayaraq çətin taleh və maddi sıxıntı içində mübarizəsini oxumaq günümüz Əlisa Nicatını da bizə təsvir edir. Bəlkə də müəllifin məzh Vazehi seçməsi də bu səbəbdəndir, onun xarakterini və yaradıcılığını çox yaxın hiss etdiyi üçün. Vazehi digərlərindən ayıran romantik olmamasıdır. Reallığı - cəhaləti də, gözəlliyi də olduğu kimi təsvir etməsindədir. Yeri gələndə yoluna çıxan əngəllərə baş əymədən dik dayandığı, kəlimələrini kəskin seçdiyi üçün sıxışdırılsa da, mübarizədən yorulmaması, son nəfəsinə qədər davam etməsindədir. Əlisa Nicat kitabda Vazehlə eyni periodda yaşayan digər ədiblərin də - Bakıxanov, Mirzə Fətəli Axundov - prototipini yaradaraq onları həm müqayisə edib, həm də niyə bütün ola bilmədiyimiz sualına cavab axtarıb. Uğursuz eşq cəhdləri, din xadimlərinin təzyiqləri, istedadının yetərincə qiymətləndirilməməsi və yaltaqlıqdan uzaq qaçdığı üçün "vəzifə" tuta bilməməsi onun həyatını çətinləşdirsə də, kədərini kəlimələrlə sanki incini sapa düzərmişcəsinə böyük ustaqlıqla əks etdirmişdir. Qəlbimin, ruhumun qanadıyla mən, Çıxdım aydınlığa zülmət gecədən. Gördüm şeiriyyətdə həqiqətimi - Tapdım həqiqətdə şeiriyyətimi.
Gəncəli MüdrikƏlisa Nicat · Pergament · 08 okunma
·
107 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.