Gəncəli Müdrik

Əlisa Nicat
Tahmini Okuma Süresi:
9 sa. 28 dk.
Sayfa Sayısı:
334
Yayınevi:
Pergament
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca

Yorumlar ve İncelemeler

Puan vermedi·334 syf.··
2022 46. kitabı
·
10 günde okudu
·
Okunma: 05 Kasım 2022 21:11
Azərbaycan ədəbiyyatında 19-cu əsr yetərincə araşdırıldığını düşünmədiyim dövrlərdən biridir, xüsusilə birinci yarısı. Ərəb-fars dillərinin qismən unikallığını qoruması və din göstərişləri özlərinə xoş gələcək tərzdə şərh edərək əhalini cəhalət altında saxlayan mollalar bir çox sahəni olduğu kimi ədəbiyyatı da inkişafdan saxlamışdır. O dövrün ən yaxşılarından biri - heç şübhəsiz Mirzə Şəfi Vazehdir. Onu kəşf etməyimizə səbəbkar isə əvvəlcə tələbəsi, sonra əsərlərinin naşiri olan alman tələbəsi Fridrix Bodenştedtdir. Bodenştedt Gürcüstanda Vazehdən ərəb-fars dillərindən dərs almış, klassikləri öyrənmişdir, o dövrdə Vazehlə çox yaxın dostluq əlaqələri qurulmuş, Vazeh öz əsərlərini ona hədiyyə etmişdir. Alman tələbə isə bu şeirləri Almaniyaya aparıb tərcümə edərək nəşr etmiş, təxmin edə bilməyəcəyi şəkildə əsər çox məşhur olmuş, müxtəlif dillərə geniş tirajlarla tərcümə olunaraq yayılmışdır, sonralar müəllifi danıb özü əsərlərə yiyələnmək istəsə də, çox keçmədən yalan danışdığı üzə çıxmışdır. Lakin bu mövzuda təbliğatın genişləndirilməli olduğunu düşünürəm. Əlisa Nicata gəldikdə isə Bodenştedtin Vazeh haqqında xatirələrini əsas götürməklə "Gəncəli Müdrik" adını verdiyi bioqrafik romanını yazmışdır. Vazehin müthiş istedadına baxmayaraq çətin taleh və maddi sıxıntı içində mübarizəsini oxumaq günümüz Əlisa Nicatını da bizə təsvir edir. Bəlkə də müəllifin məzh Vazehi seçməsi də bu səbəbdəndir, onun xarakterini və yaradıcılığını çox yaxın hiss etdiyi üçün. Vazehi digərlərindən ayıran romantik olmamasıdır. Reallığı - cəhaləti də, gözəlliyi də olduğu kimi təsvir etməsindədir. Yeri gələndə yoluna çıxan əngəllərə baş əymədən dik dayandığı, kəlimələrini kəskin seçdiyi üçün sıxışdırılsa da, mübarizədən yorulmaması, son nəfəsinə qədər davam etməsindədir. Əlisa Nicat kitabda Vazehlə
Gəncəli MüdrikƏlisa Nicat · Pergament · 08 okunma
Puan vermedi·334 syf.··
2025 6. kitabı
Mirzə Şəfi Vazehin həyatından bəhs edən bu əsər oxuduqlarım arasında xüsusi yeri olan bir əsərdir. Mirzə Şəfi Vazehin çətin həyatı yazıçı tərəfindən çox gözəl təsvir olunmuş və çox gözəl sonluqla əsər bitmişdir. Mirzə Şəfi Vazeh Azərbaycan ədəbiyyatında xüsusi yeri olan ədiblərimizdən biridir. Oxuyan heç kəsin bu əsəri bəyənməməsi mümkün deyil. Yazıçının təsvir qabiliyyəti əladır.
Gəncəli MüdrikƏlisa Nicat · Pergament · 08 okunma
Reklam

Yazar Hakkında

Əlisa NicatYazar · 6 kitap
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını[1] dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib. Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var.