Azərbaycan ədəbiyyatında 19-cu əsr yetərincə araşdırıldığını düşünmədiyim dövrlərdən biridir, xüsusilə birinci yarısı. Ərəb-fars dillərinin qismən unikallığını qoruması və din göstərişləri özlərinə xoş gələcək tərzdə şərh edərək əhalini cəhalət altında saxlayan mollalar bir çox sahəni olduğu kimi ədəbiyyatı da inkişafdan saxlamışdır. O dövrün ən yaxşılarından biri - heç şübhəsiz Mirzə Şəfi Vazehdir. Onu kəşf etməyimizə səbəbkar isə əvvəlcə tələbəsi, sonra əsərlərinin naşiri olan alman tələbəsi Fridrix Bodenştedtdir. Bodenştedt Gürcüstanda Vazehdən ərəb-fars dillərindən dərs almış, klassikləri öyrənmişdir, o dövrdə Vazehlə çox yaxın dostluq əlaqələri qurulmuş, Vazeh öz əsərlərini ona hədiyyə etmişdir. Alman tələbə isə bu şeirləri Almaniyaya aparıb tərcümə edərək nəşr etmiş, təxmin edə bilməyəcəyi şəkildə əsər çox məşhur olmuş, müxtəlif dillərə geniş tirajlarla tərcümə olunaraq yayılmışdır, sonralar müəllifi danıb özü əsərlərə yiyələnmək istəsə də, çox keçmədən yalan danışdığı üzə çıxmışdır. Lakin bu mövzuda təbliğatın genişləndirilməli olduğunu düşünürəm.
Əlisa Nicata gəldikdə isə Bodenştedtin Vazeh haqqında xatirələrini əsas götürməklə "Gəncəli Müdrik" adını verdiyi bioqrafik romanını yazmışdır. Vazehin müthiş istedadına baxmayaraq çətin taleh və maddi sıxıntı içində mübarizəsini oxumaq günümüz Əlisa Nicatını da bizə təsvir edir. Bəlkə də müəllifin məzh Vazehi seçməsi də bu səbəbdəndir, onun xarakterini və yaradıcılığını çox yaxın hiss etdiyi üçün. Vazehi digərlərindən ayıran romantik olmamasıdır. Reallığı - cəhaləti də, gözəlliyi də olduğu kimi təsvir etməsindədir. Yeri gələndə yoluna çıxan əngəllərə baş əymədən dik dayandığı, kəlimələrini kəskin seçdiyi üçün sıxışdırılsa da, mübarizədən yorulmaması, son nəfəsinə qədər davam etməsindədir. Əlisa Nicat kitabda Vazehlə