Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Qızılbaşlar

Əlisa Nicat

Yorumlar ve İncelemeler

Tümünü Gör
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Əsərdə Bayanduri (Ağqoyunlu) dövlətinin son dövrləri və Səfəvilərin hakimiyyətə gəlməsindən Şah I İsmayılın vəfatına qədər olan hadisələr qələmə alınmışdır. Universitetdə Azərbaycan tarixi müəllimimiz bu əsər haqqında "Mütləq oxuyun" demişdi. Mən də bir müddətdir ki, oxumağı qərara almışdım. Əsərdə "Tarix-i aləm aray-i Abbasi", "Həbibüs-siyər", "Rövzətüs-Səfəviyyə" kimi tarixi əsərlərdən iqtibaslar gətirilməsi xüsusilə diqqətimi cəlb etdi. Yazıçının hadisələri paralel şəkildə verməsini bəyəndim. Maraqlı, axıcı bir əsər idi.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
Reklam
344 syf.
10/10 puan verdi
·
7 günde okudu
İlk cümlə kitabın mənasını özündə ehtiva edir. Şah İsmayılın ideyası bütöv Azərbaycandır. Taxtac uğrunda gedən mübarizələrə son qoymaq istəyir. Təbriz şəhəri hakimiyyətə gedən yolda son nöqtədir. Təbrizin Qızılbaşlar üçün önəmi kitabda dəfələrlə vurğulanır. Təbrizsiz Azərbaycan düşünülə bilməz. İsmayılla yeddi yaşından tanış oluruq. Atası Şeyx
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
344 syf.
7/10 puan verdi
Süjetin bitkin dramaturgiyaya malik olduğunu düşünmürəm. Bəzi obrazlar mənasız yerə artırılmış təəssüratı oyadır. Məsələn, hansısa döyüşçü haqqında ayrıca hissə verilir, sonra onun sevgi xəttinə toxunulur, vəssalam. Bir qədər sonra eyni hal başqa yeni obrazlarla təkrar olunur. Başqa səhnələrdə bu qəhrəmanların süjetə qaynayıb-qarışdığının şahidi olmuruq. Bu baxımdan konkret hadisələr arasında fantaziya kasadlığı hiss olunur. İsmayılın əsərin ilk fəsillərində hər dəqiqə başı bu qədər yatmaq səhnələrinə (?!) yer ayırmaq nəyə lazım idi, anlamadım. Lakin mövzu etibarilə olduqca əhəmiyyətli əsərdir. Yazıçı ilə ilk tanışlığım idi. Əlisa Nicatın Səfəvilər tarixinə Fərman Kərimzadə və Əzizə Cəfərzadən daha əvvəl müraciət etdiyini biləndə çox təəccübləndim.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
344 syf.
8/10 puan verdi
·
13 günde okudu
Qızılbaşlar dövrünün (1959-1960-cı illər) ilk bu mövzuda yazılmış romanıdır, bu baxımdan yazıçının cəsarəti, bütov Azərbaycan ideyasını o dövrlərdə qorxmadan işləməsi qürurverici haldır. Romana bütövlükdə mükəmməldir deyə bilmərəm, kaş ki, oxuduqca daha təfsilatı ilə təsvir edilsəydi deyəcəyim hissələr var idi. Amma qızılbaşlığın Azərbaycan tarixində oynadığı rol, son damla qanlarına qədər qorxmadan mübarizə aparmaqları, dillərə dastan olan məğlubedilməzliklərinin Çaldıran döyüşü ilə yaratdığı xəyal qırıqlığı fikrimcə uğurla işlənib. Sonluğun Səfəvilər dövlətinin dayağı olan qızılbaşların qısa həyat yollarının təsviri ilə bitməsi bir film dadında idi, tək bir güclü əsgərin bir imperiya üçün nələrə qadir olmasının yoxluğu ilə də o cür çöküşə gətirib çıxaracağı axıcı bir üslubda işlənmişdir. Oxumağa dəyər.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
Reklam
344 syf.
9/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Səfəvilərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində xüsusi yer tutur. Bu xüsusi hissə ilə bağlı indiyə kimi çox danışılıb, çox kitab yazılıb. "Qızılbaşlar" da onlardan biridir. Əsər XV əsrin sonunda siyasi vəziyyəti izah etməklə başlayır. Sonra müəllif Şah İsmayılın dövlət başına keçənə kimi çəkdiyi əziyyətləri, onun yanında sədaqətlə xidmət edənlərin şücaətini təsvir edir. Çaldıran döyüşünün təsviri isə çox detallı verilib. Qeyd edim ki, kitab Səfəviləri, Şah İsmayılı, ailəsini, sevimli xanımı Taclı Sultanı(Şahbanu və səltənət naibəsi olan igid xanım), Div Sultanı və b.şəxsləri daha çox araşdırmağıma səbəb oldu. Kitab axıcıdır, sizi cəlb edir. Maraqlı təhkiyəsi var. Tarixi roman sevənlərə oxumağı tövsiyə edirəm.
Qızılbaşlar
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202138 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.