Qızılbaşlar

Əlisa Nicat
Tahmini Okuma Süresi:
10 sa. 12 dk.
Sayfa Sayısı:
360
Basım Tarihi:
2013
Yayınevi:
Adiloğlu Nəşriyyat
ISBN:
9784722110018
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Sıralamalar

Yorumlar ve İncelemeler

10/10
·344 syf.··
2022 14. kitabı
·
7 günde okudu
·
Okunma: 27 Aralık 2022 00:58
İlk cümlə kitabın mənasını özündə ehtiva edir. Şah İsmayılın ideyası bütöv Azərbaycandır. Taxtac uğrunda gedən mübarizələrə son qoymaq istəyir. Təbriz şəhəri hakimiyyətə gedən yolda son nöqtədir. Təbrizin Qızılbaşlar üçün önəmi kitabda dəfələrlə vurğulanır. Təbrizsiz Azərbaycan düşünülə bilməz. İsmayılla yeddi yaşından tanış oluruq. Atası Şeyx Heydərdən və gözləri qarşısında öldürülən qardaşı Sultan Əlidən yadigar qalan İsmayıl Qızılbaşların yeganə varisidir. İsmayıl öldürülərsə nəslin kökü kəsiləcək. Bundandır ki, bir neçə Qızılbaş əmiri İsmayılın üstündə tir-tir əsir. Səfəvilərin gələcəkdə hökmdarı olacaq İsmayılı mütləq qorumaq lazımdır. Şahlıqdan öncə İsmayıl şeyxliyi ilə diqqət çəkir. İnsanlar Şeyx nəslindən olan İsmayılın üzünü görmək istəyirlər. İnsanlar ondan şəfa tapacağını düşünürlər. Böyük insan kütləsi onun qarşısına çıxır. İsmayıl hakimiyyətə gələndə dövlətin dininin şiəlik olduğunu elan edir. Səfəvilərlə Osmanlılar döyüşəndə Sultan Sultan Səlim öz - özünə danışır ki, İsmayıl yeni məzhəb çıxarıb İslam ölkələrində ağalıq etmək istəyir. Bilmirəm bu fikir nə dərəcədə doğrudur. Ancaq Şah İsmayılın özünü qəzəlində Yusif peyğəmbər sifətli adlandırması faktdır. Həmdə qızılbaşların savaşdığı qılıncları əyri formadadır. Bu baxımdan Səfəvilərin birlik olmasında, hakimiyyətə gəlməklərində dinin nə qədər rol oynaması mənə geniş anlamda maraqlıdır. Gərək bu mövzunu araşdırım. Qızılbaşlar Fərrux Yasarı Əlvəndi, Muradı məlub etdikdən sonra İsmayılın hökmdarı olacağı Səfəvilər dövlətinin əsası qoyulur. Qızılbaşların Baki uğrunda Bakililər və Çaldıran düzündə Osmanlılarla döyüşü müdhiş şəkildə kitabda əks olunub. Çaldıran döyüşünə səbəbiyyət verən məsələdə Şah İsmayıl Sultan Səlimi, o da öz növbəsində Şah İsmayılı günahlandırır. Əlvənd şah kimi Sultan Yavuzda Şah İsmayıla
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202154 okunma
9/10
·344 syf.··
Beğendi
·
2021 26. kitabı
·
9 günde okudu
·
Okunma: 08 Ağustos 2021 16:27
Əsərdə Bayanduri (Ağqoyunlu) dövlətinin son dövrləri və Səfəvilərin hakimiyyətə gəlməsindən Şah I İsmayılın vəfatına qədər olan hadisələr qələmə alınmışdır. Universitetdə Azərbaycan tarixi müəllimimiz bu əsər haqqında "Mütləq oxuyun" demişdi. Mən də bir müddətdir ki, oxumağı qərara almışdım. Əsərdə "Tarix-i aləm aray-i Abbasi", "Həbibüs-siyər", "Rövzətüs-Səfəviyyə" kimi tarixi əsərlərdən iqtibaslar gətirilməsi xüsusilə diqqətimi cəlb etdi. Yazıçının hadisələri paralel şəkildə verməsini bəyəndim. Maraqlı, axıcı bir əsər idi.
Tarih
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202154 okunma
7/10
·344 syf.··
2023 3. kitabı
Süjetin bitkin dramaturgiyaya malik olduğunu düşünmürəm. Bəzi obrazlar mənasız yerə artırılmış təəssüratı oyadır. Məsələn, hansısa döyüşçü haqqında ayrıca hissə verilir, sonra onun sevgi xəttinə toxunulur, vəssalam. Bir qədər sonra eyni hal başqa yeni obrazlarla təkrar olunur. Başqa səhnələrdə bu qəhrəmanların süjetə qaynayıb-qarışdığının şahidi olmuruq. Bu baxımdan konkret hadisələr arasında fantaziya kasadlığı hiss olunur. İsmayılın əsərin ilk fəsillərində hər dəqiqə başı bu qədər yatmaq səhnələrinə (?!) yer ayırmaq nəyə lazım idi, anlamadım. Lakin mövzu etibarilə olduqca əhəmiyyətli əsərdir. Yazıçı ilə ilk tanışlığım idi. Əlisa Nicatın Səfəvilər tarixinə Fərman Kərimzadə və Əzizə Cəfərzadən daha əvvəl müraciət etdiyini biləndə çox təəccübləndim.
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202154 okunma
8/10
·344 syf.··
2022 30. kitabı
·
13 günde okudu
·
Okunma: 13 Ağustos 2022 15:59
Qızılbaşlar dövrünün (1959-1960-cı illər) ilk bu mövzuda yazılmış romanıdır, bu baxımdan yazıçının cəsarəti, bütov Azərbaycan ideyasını o dövrlərdə qorxmadan işləməsi qürurverici haldır. Romana bütövlükdə mükəmməldir deyə bilmərəm, kaş ki, oxuduqca daha təfsilatı ilə təsvir edilsəydi deyəcəyim hissələr var idi. Amma qızılbaşlığın Azərbaycan tarixində oynadığı rol, son damla qanlarına qədər qorxmadan mübarizə aparmaqları, dillərə dastan olan məğlubedilməzliklərinin Çaldıran döyüşü ilə yaratdığı xəyal qırıqlığı fikrimcə uğurla işlənib. Sonluğun Səfəvilər dövlətinin dayağı olan qızılbaşların qısa həyat yollarının təsviri ilə bitməsi bir film dadında idi, tək bir güclü əsgərin bir imperiya üçün nələrə qadir olmasının yoxluğu ilə də o cür çöküşə gətirib çıxaracağı axıcı bir üslubda işlənmişdir. Oxumağa dəyər.
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202154 okunma
9/10
·344 syf.··
Beğendi
·
2021 27. kitabı
·
6 günde okudu
·
Okunma: 05 Eylül 2021 20:46
Səfəvilərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixində xüsusi yer tutur. Bu xüsusi hissə ilə bağlı indiyə kimi çox danışılıb, çox kitab yazılıb. "Qızılbaşlar" da onlardan biridir. Əsər XV əsrin sonunda siyasi vəziyyəti izah etməklə başlayır. Sonra müəllif Şah İsmayılın dövlət başına keçənə kimi çəkdiyi əziyyətləri, onun yanında sədaqətlə xidmət edənlərin şücaətini təsvir edir. Çaldıran döyüşünün təsviri isə çox detallı verilib. Qeyd edim ki, kitab Səfəviləri, Şah İsmayılı, ailəsini, sevimli xanımı Taclı Sultanı(Şahbanu və səltənət naibəsi olan igid xanım), Div Sultanı və b.şəxsləri daha çox araşdırmağıma səbəb oldu. Kitab axıcıdır, sizi cəlb edir. Maraqlı təhkiyəsi var. Tarixi roman sevənlərə oxumağı tövsiyə edirəm.
Edebiyat
QızılbaşlarƏlisa Nicat · Qanun Nəşriyyatı · 202154 okunma
Reklam

Yazar Hakkında

Əlisa NicatYazar · 6 kitap
Əlisa Nicat 1936-cı il avqustun 10-da Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində anadan olub. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Kitabxanaşünaslıq şöbəsinə daxil olub, 1963-cü ildə oranı bitirib. 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Bircə söz" adlı ilk şeiri çap olunub. 1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını[1] dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca "Ekran" telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə "Elm və həyat" jurnalında redaktor və şöbə müdiri vəzifəsində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər" (1982), Məhəmməd Tahirin "Şeyx Şamil" (1983) kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı "Qəbilə başçısı" kitabı, 1990-cı ildə "Gəncəli müdrik" romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix" (1993), "Ruhların söhbəti" (1994), "Dünya sərkərdələri" (1995), "Dünya filosofları" (1995), "Kədər şərabı" (1997), "Dünya tarixçiləri" (1998), "Yüz böyük Azərbaycanlı" (1999), "Karvan" (2000), "Tarixin qürubu" (2009) kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb. 1999-cu il aprelin 28-də AMEA-nın Bəhmənyar adına Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə Əlisa Nicata səmərəli elmi və elmi-maarif fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib. Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var.