Olağanüstü Bir Gece
5/10
·80 syf.··
2022 24. kitabı
Stefan Zweig'in oxuduğum ilk kitabıdır. Və çox da şanslı bir başlanğıc olduğunu deyə bilməyəcəm. Qısa bir xülasə verəsi olsam (onu qeyd edim ki, bu xülasədə "spoiler" ola bilər , amma bu oxuma zövqünüzü öldürəcək tipdə bir "spoiler" olmayacaq. Çünki kitabda hadisələr silsiləsi , sujet bükülməsi (plot twist) və ya gözlənilməz son kimi ünsürlər yoxdur. Sadəcə müəyyən bir hadisənin qəhrəmanın iç dünyasından şərh edilməsinə şahid oluruq.): Qəhrəmanımız Baron Friedrich 1910larda yaşayan avstriyalı bir ehtiyyat zabitidir (yedek subay). Varlı valideynlərindən mirası olan Baron həyatda maddi baxımından korluq çəkməsə də , mənəviyyat baxımından vəziyyəti heç də yaxşı deyil. Yaşamaq həyacanını tamamilə itirmiş , soyuq , laqeyd, həyatdan gözlədiyi hər şeyi əldə etmiş , dolayısı ilə özünü boşluğa düşmüş vəziyyətdə tapan qəhramanımızın hekayəsi bir gün təsadüfən at yarışlarının keçirildiyi yerə getməsi ilə başlayır. O , ilk öncə , öz şəxsi fantaziyalarını qane etmək üçün heç tanımadığı bir qadınla flört etməyə başlayır. Sonradan bu dənli gözəl bir qızın yanında kök , çirkin , keçəl , qısaca, ona heç yaraşmayan bir ərinin olduğunun fərqinə varır. Xəyal qırıqlığına uğramış olan qəhrəmanımız , içdən içə bu adama qıcıqlanır və əlinə düşən ilk fürsətdə bu adama pislik etməkdən çəkinmir. At yarışlarının keçirildiyi bu vahiməli ortamda kişi mərcə girdiyi biletlərdən birini yerə salır , Baron isə o bileti ayağının altıda gizlədib , özünə götürmüş olur. Oğurlanmış bilet təsadüf nəticəsində qalib bilet olur və beləliklə qəhramanımız özünü günahkar hiss etdiyi yoğun duyğuların içinə qərq olmuş olur. Sönük hissləri təkrardan alovlanmış olan Baronun ağlına təkrardan bir yarışa qatılmaq , məğlub olmaq və beləcə oğurluq nəticəsində qazandığı mükafatı geri ödəyərək öz vicdani borcunu ödəmək gəlir. Rəqabətli keçən bu yarış qəhramana ağır həyacan hissi yaşadır və yarışdan çıxan bu qəhrəman özünü yenidən həyata gəlmiş kimi hiss edir. Amma hadisələr burda da bitmir , Baronun qarşısına çox yazığı gələcəyi bir fahişə çıxır və o , qıza yardım edərək yenidən duyğu silsiləsi yaşayır. Və son hadisədən sonra fərqinə varır ki, sən demə insan xoşbəxtliyi başqalarını xoşbəxt etdiyi zaman əldə edirmiş. Ki, kitabın da bizə vermək istədiyi əsas məğz budur deyə düşünürəm. Kitabın axırı çox yaxşı bağlanmış olsa da , ilk 3/4lük hissəsində çox sıxıldım. Sonluq üçün oxumağa dəyərmi bəs? Yəəni.. Nəticədə 500 səhifəlik kitab deyil. Əgər ilk dəfə Zweig'in kitabını oxuyacaqsanız bu kitabdan başlamamağınız daha məsləhətlidir. ÇÜNKİ, ( bu yeri əslində çox önəmlidir, bəlkə də bunu incələmənin başında qeyd etməli idim) kitab tam olaraq Zweig'in qələminə aid deyil!! Kitab əslində elə həmin qəhrəmanın (Baron) başından keçdiyi hadisələri kağıza tökdüyü , Zweig'in isə sadəcə adları dəyişərək bizə təqdim etməsindən başqa bir şey deyil. Bu isə o deməkdir ki, "Olağanüstü bir gece" müəllifin ilk oxuduğum kitabı olsa da , son oxuduğum kitabı olmayacaq. 5/10 "Bir insan kendisini bulduktan sonra, onun bu dünyada kaybedebileceği hiçbir şey yoktur. Ve o kişi kendi içindeki insanlığı anladıktan sonra, bütün insanları anlayacaktır."
1000Kitap
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023171,8bin okunma
·
36 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.