Çox maraqlı kitabdır. " Kaş əvvəldən oxuyardım" düşüncəsi formalaşdırdı məndə.
Cəmşid Əmirov - Qara Volqa.
Cəmşid Əmirovun “Brilyant məsələsi” və “Qara Volqa” kitabları 60-cı illərdə yazılmış və oxucuların böyük marağına səbəb olmuşdur. Yazıçının “Qara Volqa“ əsəri Azərbaycanda cinayətkar qrupun törətdiyi saysız-hesabsız cinayətlərdən və nəhayət, hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasından bəhs edir.
Bu və ya bir çox başqa məziyyətlər "Qara Volqa"nı dövrünün ən maraqlı əsərlərindən birinə çevirdi. Kitabın bir müddət sonra qeyri-rəsmi şəkildə qadağan olunması isə ona qarşı marağı ikiqat artırdı.
Sonralar "Qara Volqa" yüksək tirajlarla yenidən çap edildi. 1994-cü ildə isə əsərin motivləri əsasında eyniadlı tammetrajlı bədii film çəkildi.